MÜSAHİBƏ
A- A A+

Bir çox ərazilərimiz kimi Cocuq Mərcanlı da Arazın suyu ilə təmin edilmişdir

2018-07-28 09:15:31

Ölkədə su ehtiyatlarının idarə edilməsi, ölkə iqtsadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsini su ilə təmin etmək, bu sahənin elmi- texniki inkişafını təmin etmək məqsədilə tədbirlər həyata keçirir. Bu fikirləri Fact-info.az- açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Elm, Layihə, Tikinti və Xarici əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov bildirib

Onun fikrincə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin birinci yarısında da öz fəaliyyətini uğurla davam etdirmişdir. Dünya Bankının krediti ilə həyata keçirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə» çərçivəsində respublikanın 5 rayonunda (Şabran, Siyəzən, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, «Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi» çərçivəsində Layihə ərazisində yerləşən 379 Sudan İstifadəedənlər Birliklərinin (SİB) nümayəndələrinin təlimləndirilməsi və institutsional bacarıqlarının artırılması üzrə treninqlər keçirilmişdir.

Məmməd Əsədov daha sonra bildirib: “.Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına «Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» layihəsinə daxil olan «Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi» layihəsi üzrə Siyəzən rayonu ərazisində inzibati binanın tikintisi, Xızı rayonu ərazisində 11903 metr uzunluğunda paylayıcı və magistral boru kəmərinin qurğularla birlikdə quraşdırılması və kollektor-drenaj sisteminin çəkilməsi üzrə torpaq və dəmir-beton işləri yerinə yetirilmişdir. Şabran rayonunda 11884 hektar (onun 4762 hektarı yeni suvarılan torpaqlar) yeni suvarılan torpaqlara suvarma suyunun verilməsi və 7122 hektar yeni suvarılacaq torpaq sahəsində meliorativ tədbirlərin aparılması üçün paylayıcı boru kəməri quraşdırılmış və qapalı drenaj şəbəkəsi çəkilmişdir. 2017-ci ildə torpaq məcrada inşa olunmuş 54,2 km uzunluğunda Arazın yeni qolunun beton üzlüyə alınması işləri tamamlanmışdır. Kanalda betonlama işlərinin başa çatdırılması ilə əlavə olaraq Saatlı, İmişli və Biləsuvar rayonlarında 13145 ha yeni suvarılacaq torpaq sahələrinə suvarma suyunun çatdırılması mümkün olmuşdur. 2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğsunun və ondan sonrakı 4,95 km-lik hisəsinin açılış mərasimi keçirilmişdir. Tikinti işlərinin tamamlanması ilə Goranboy rayonunun 8000 ha torpaq sahəsinə suvarma suyu çatdırılmışdır. Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə Goranboy və Samux rayonlarının ərazisində yaradılmış Aqroparka məxsus 4700 hektar torpaq sahəsinə suvarma suyu verilməsi üçün baş suqəbuledici qurğu, 19 km uzunluğunda nəqledici və paylayıcı boru kəməri çəkilmiş, su tutumu 100 min kbm olan dəmir-beton üzlüklü və 300 min kbm-lik torpaq əsaslı su hovuzunda tikinti işləri yerinə yetirilmişdir. Şabran rayonu ərazisində «Şabran Aqropark» MMC-yə məxsus yeni suvarılan 1738 ha torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər görülmüşdür. Cari ildə «Qax Aqropark» ın 900 hektara yaxın, Şəki və Oğuz rayonları ərazisində yaradılmış Aqroparkın qoz- fındıq bağları salınacaq 12 min hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri davam etdirilir.

Cəbhə xəttinə yaxın ərazilərdə və sərhəd rayonlarda suvarma məsələsinə toxunan Məmməd Əsədov daha sonra deyib: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 ha) və Füzuli rayonunun ona bitişik Mirzənağılı (280 ha) kəndlərinin ümumən 680 hektar əkin sahəsinə Araz çayından suyu ilə təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli 3781 nömrəli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılacaq 300 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədlərinin hazırlanaraq podrat təşkilatlarla müqavilələr imzalanmış və hazırda 175 ədəd quyuda qazma işləri tamamlanmışdır. Respublikanın su anbarlarında cari ilin 02 iyul tarixinə 15 milyard kubmetrdən artıq su yığılmışdır ki, bu da kənd təsərrüfatı bitkilərinin suvarılmasının normal keçirilməsinə şərait yaratmışdır. Respublikanın rayonları üzrə 01 iyul 2018-ci il tarixinə 1 milyon 382 min hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 2 dəfəyə yaxın suvarılmışdır. Hazırda vegetasiya suvarmaları uğurla davam etdirilir”.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 648

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...