SOSİAL
A- A A+

Pirallahıda ”İtirilmiş milyonları tapaq” şüarı adı altında tədbir keçirildi.

2018-07-27 19:25:08

.

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurası və Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə 28 İyul - Ümumdünya Hepatitlə mübarizə Gününə həsr olunmuş “ İtirilmiş milyonları tapaq” şüarı adı altında tədbir keçirildi. Tədbirdə Azərbaycan TB-Koalisiyası, “İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyi” və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tədbirin vacibliyini vurğulayaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq hər 12 nəfərdən birinin xroniki yoluxması ilə epidemiyanın artma miqyasını, hər il dünyada bu xəstəliyə yoluxmuş 130-170 milyon insan qaraciyər serrozu və qaraciyər xərçəngi kimi xəstəliklərə yaxalanma riski və bu xəstəliyin qarşısının alınması və müalicəsi sahəsindəki nailiyyətləri nəzərə alaraq, 2010-cu ildə WHA63.18 saylı Qərar qəbul etmiş və bu Qərar hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmağa çağırmış və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan etmişdir. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva keçirilən tədbirin önəmindən danışaraq, belə maarifləndirici tədbirlərin davamlı keçirilməsini, Azərbaycanda da bu infeksiyalarla bağlı vəziyyətin dünyada mövcud vəziyyətdən o qədər də fərqlənmədiyini bildirib. Səhiyyə Nazirliyinin 5 iyun 2014-cü il tarixli əmrinə əsasən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Bu qurumun üzərinə ölkəmizdə bu infeksiyaların profilaktikası və diaqnostikası, həmçinin belə xəstələrin müalicəsi üzrə görülən işlərin əlaqələndirilməsi, bu sahədə problemlərin həlli məqsədilə lazımi tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Tədbir daha sonra seminarla davam edib. AzQAC-ın "İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin rəhbəri Ziba Nəbiyeva, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi İsmayıl İsmayılzadə Ümumdünya Səhiyyə Təşkilatının "28 İyul -Ümumdünya Hepatit Günü” ilə əlaqədar hazırlanmış geniş məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

"İtirilmiş milyonları tapaq” şüarı altında keçirilən tədbirdə hepatitləri törədən viruslar (A, B, C, D vəd.), xroniki hepatit xəstəliyinin qara ciyər serrozu, qara ciyərin xərçəngi və qara ciyər çatışmazlığı kimi vəziyyətlərlə nəticələnməsini, virus B cə C tək tibbi müayinə zamanı deyil, eləcə də cinsi əlaqələr, eyni tibbi ləvazimatlardan istifadə və qan köçürmə zamanı yoluxmaq mümkünlüyü barədə təqdim edilən məlumatlar diqqətə çatdırılıb. Bununla bağlı tədbir iştirakçılara vaxtında müayinənin vacib olduğunu və müalicə proqramına mütəxəssislər tərəfindən cəlb olunması məqamlarını xüsusi vurğulamışdır.


Kateqoriya : SOSİAL Baxış sayı : 684

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...