SİYASƏT
A- A A+

Azərbaycan və Fransa prezidentləri Qarabağ nizamlanmasını müzakirə etdilər

2018-07-20 22:00:46

Parisdə, Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronun adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilib

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Yelisey Sarayına gəlib. Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər.

Müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.

Dövlət başçısı bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlərin aparıldığını qeyd edib. Bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığı vurğulanıb. Prezident İlham Əliyev deyib ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Ümidvarlıq ifadə olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək.

Daha sonra sənədlərin imzalanması və mübadiləsi mərasimi olub. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “SUEZ Group” arasında operativ təlim, know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2 nömrəli Əlavə, “Azərsu” ASC və “SUEZ Group” arasında Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyyət Sazişi imzalanıb. Sonra “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi imzalanıb.

Daha sonra “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Thales” şirkəti arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı haqqında Anlaşma Memorandumu, “Azərbaycan Hava Yolları” QSC və “Modern Construction Group”, “Thales” şirkəti arasında Heydər Əliyev Beynəlxalq Aeroportu üçün radiolakasiya sisteminin quraşdırılması müqaviləsi, “Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti arasında “Azərbaycan Hava Yolları” QSC-nin kibertəhlükəsizliyi üçün tam təhlilin hazırlanması müqaviləsi, “Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti arasında “Azeraeronaviqasiya” Hava Hərəkəti İdarəsində kibertəhlükəsizliyin təmini üçün tam təhlilin hazırlanması müqaviləsi və “Azərbaycan Hava Yolları” QSC ilə “Thales” şirkəti arasında uçuş heyətləri üçün inteqrasiya edilmiş brifinq sisteminin yaradılması üzrə Niyyət Məktubu imzalanıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 360

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...