MƏDƏNİ
A- A A+

Aşıq Şəmşirin anadan olmasının 125 illiyi UNESCO-da qeyd edilib

2018-06-07 09:50:55

Parisdə, UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya”nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiya çərçivəsində, habelə UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu baş tutub

UNESCO QHT Forumunda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edilib. İctimai birliyin nümayəndəsi Fazil Qasımov forumda Aşıq Şəmşirin ədəbi irsi haqqında ətraflı məlumat verib. Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da məsləhətçi statusu qazanması ilə ölkəmizdə bu sənətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Fazil Qasımov milli mədəniyyətin qorunub saxlanmasında xalq musiqisinin əvəzsiz rolunu vurğulayıb.

Fazil Qasımov, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs şöbəsinin müdiri Tim Kurtis ilə görüşüb. Görüşdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO ilə əməkdaşlığının yeni layihələrlə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Fazil Qasımov Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə ithaf olaraq düzəldilmiş sazı və sənətkarın ifa etdiyi 75 saz havasından ibarət diski UNESCO-nun sözügedən şöbəsinə hədiyyə edib.

Qeyd edək ki, sessiya ərzində Baş Assambleyanın keçirildiyi binada “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin stendi qurulub. Ziyarətçilərə Azərbaycanın qeyri-maddi mədəni irsi, aşıq sənəti və ictimai birliyin fəaliyyəti barədə məlumat verilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 473

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

2019-07-14 09:45:57

CƏMİYYƏT
Xarici media Şəki Xan Sarayından yazıb...
Xarici media Şəki Xan Sarayından yazıb...

İtaliya mətbuatında Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzinin YUNESKO-nun ...

İQTİSADİ

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...

2019-07-12 08:10:00

İQTİSADİ
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...

Bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 1...