MÜSAHİBƏ
A- A A+

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir

2018-05-22 09:10:32

Nikol Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir. Dünya siyasətini müəyyənləşdirən bəzi güclər bu layihə vasitəsilə bir neçə məqsədə çatmaq istəyirlər

Onlardan biri regionda gərginliyi daha da artırmaqla qlobal terrorizmin coğrafiyasını böyütmək və terror siyasəti vasitəsilə regional aktorları qarşılıqlı müharibə vəziyyətinə gətirməkdir. Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat da elə bu məqsədə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Hikmət Babaoğlu qeyd edib ki, hədəf Azərbaycan-Türkiyə-Rusiya münasibətləridir. Çünki bu münasibətlər regionda geostrateji müvazinəti saxlamaqla regional təhlükəsizliyi təmin edir. Bu vəziyyət də Paşinyanın ağalarını qane etmir. Onların siyasi planlarına görə, Yaxşın Şərqdə yaratdıqları hibrid müharibə ssenarisi Türkiyə və Azərbaycan üzərindən Rusiyaya, xüsusilə cənub sərhədlərinə transfer edilməli, sonra isə Rusiya Federasiyasının digər subyektlərinə ötürülməlidir.

Onlar hesab edirlər ki, Naxçıvanda vəziyyət gərginləşərsə 1921-ci ildə imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın statusunun qarantorları olan Rusiya və Türkiyə məsələyə müdaxilə etmək məcburiyyətində qalarlar və beləliklə, bu iki regional gücün Yaxın Şərq regionunda müttəfiqliyi pozular. Nəticədə hər iki ölkəni qarşı-qarşıya qoyub sonrakı mərhələdə onları qlobal terrorizmin poliqonuna çevirmək olar. Bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, mümkün ssenariyə görə, Azərbaycan zəiflədilməli, ölkədə sabitlik pozulmalı və Qarabağ problemi asanlıqla ermənilərin lehinə həll olunmalıdır.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın regional iqtisadi və hərbi-siyasi güc mərkəzi olması, qlobal aktorlarla müstəqil və milli maraqlara əsaslanan qarşılıqlı əlaqələr qurması, eyni zamanda, çoxtərəfli diplomatik platformalarda region ölkələri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıması Paşinyan təxribatı və siyasi layihəsini əvvəlcədən uğursuzluğa düçar etmiş olur. Ona görə də əgər belə davam edərsə, Paşinyan siyasi layihə kimi ən uzağı bir il mövcud ola bilər. Ermənistanda bu reallıq nə qədər tez dərk edilsə, onların böhrandan xilas olmaları üçün də bir o qədər tez perspektivlər yarana bilər.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 467

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...