QHT və MEDİA
A- A A+

Veteranların sağlamlığı hər zaman diqqət mərkəzindədir

2018-05-14 20:40:36

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilən tədbirdə Respublika Veteranlar Təşkilatı veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə hospitalın bir qrup tibb işçilərini mükafatlandırmışdır

Mərasim ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəis müavini, tibb xidməti polkovniki Vüqar Mürsəlov tədbiri açıq elan edərək bildirdi ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, hərbi səhiyyə sahəsi də durmadan inkişaf edir. “Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan tibbi avadanlıq və cihazlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür”. Daha sonra veteranlara göstərilən tibbi qayğıdan danışan Vüqar Mürsəlov vurğuladı ki, bu hərbi səhiyyə müəssisəsi yarandığı gündən zabit və əsgər heyətinə, həmçinin veteranlara daim yüksək səviyyədə tibbi xidmət göstərir. Arzu edirəm ki, veteranlar xəstələnməsinlər. Bu gün yaşının ahıl çağında olan II Dünya müharibəsi veteranlarına "sağ olun" deyirik. Biz təkcə sözlə deyil, həm də əməllə qəhrəmanlarımıza diqqət göstərməyə çalışırıq. Veteranların həyat və fəaliyyətləri nəsillər üçün örnək, özləri isə bizlər üçün canlı əfsanə simvoludurlar.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov Baş Klinik hospitalla Təşkilatın sıx əməkdaşlığını yüksək qiymətləndirərək dedi: “Millət, dövlət güclüdür ki, hörmətlə yad edilməli qəhrəmanları var. Bizim vəzifəmiz müharibə veteranlarının qəhrəmanlığını, cəsarətini və sonsuz Vətən sevgisini elə onların öz dilindən nəsillərin diqqətinə çatdırmaqdır. Lakin bu gün yaşı 90-nı keçən veteranlarımız xəstələnirlər. Bu səbəbdən də bu gün onların sağlamlıqlarının bərpası üçün tibbi təminat məsələləri vacibdir. Hospitalda həqiqətən veteranlar, maksimum diqqət və qayğı ilə əhatə olunublar və onların sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir . Burada yaradılan şərait qısa vaxtda xəstələrə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verir. Bu sahədə görülən işlər, doğrudan da yüksək səviyyədədir. Dünya müharibəsi veteranlarına xüsusi münasibət cəmiyyət tərəfindən də təqdir olunur. Bütün bunlar Azərbaycan dövlətinin yalnız bu gün xidmət edən hərbçilərin sağlamlığına və onların problemlərinin həllinə həssaslıqla yanaşdığının, bu insanların hər cür diqqət və qayğı ilə əhatə olunmalarının bariz nümunəsidir.

Ehtiyatda olan polkovnik Cəlil Xəlilov hospitalda mülaicə alan müharibə veteranlarını ziyarət etdiyi zaman aldığı təəssüratları da tədbir iştirakçıları ilə bölüşdü. “Səmimi deyim ki, hospitalda rahat və təmiz ev şəraiti hökm sürür. Burada olan unikal tibbi avadanlıq və cihazlar xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyəimkan verir. Xəstələrin müalicəsinə olduqca həssas və diqqətli yanaşan həkimlər və tibb bacıları daim yüksək peşəkarlıq göstərirlər. Veteranlar bu tibb ocağında sağalır, yenidən sağlam həyata qayıdırlar. Mən xüsusilə kardiologiya bölməsinin fəaliyyətini qeyd etmək istərdim. Veteranlara göstərdiyiniz bu cür dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm”.

Sonda veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkim və tibb bacısı Respublika Veteranlar Təşkilatının yubiley medalları və fəxri fərmanı ilə mükafatlandırıldılar. Çıxış edən həkimlər verdikləri dəyərə görə Respublikası Veteranlar Təşkilatına təşəkkür edib, veteranlara göstərdikləri xidmətin vəzifə borcu olduğunu bildirdilər.

Şəhla Qarayeva


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1837

QHT və MEDİA

2018-11-22 08:55:09

QHT və MEDİA
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rə...

2018-11-21 09:35:25

QHT və MEDİA
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh...

CƏMİYYƏT

2018-11-21 08:40:21

CƏMİYYƏT
"Belarusun Qarabağ məsələsinin həllində ...
"Belarusun Qarabağ məsələsinin həllində ...

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydı...

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...