2018-05-03 08:20:37 | MƏDƏNİYYƏT
Azay Quliyevin “Azərbaycanda qeyri-hökumət təşkilatları – Tarix və inkişaf” kitabının təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyevin “Azərbaycanda qeyri-hökumət təşkilatları – Tarix və inkişaf” kitabının təqdimatı keçirilib

APA-nın məlumatına görə, kitabda qeyri-hökumət təşkilatlarının əhəmiyyəti, beynəlxalq münasibətlər sistemində QHT sektorunun yeri və rolu araşdırılır. Millət vəkili Hikmət Babaoğlu monoqrafiyanın elmi və ictimai əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azay Quliyevin monoqrafiyası vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gedən prosesləri əks etdirən yeni və aktual elmi mənbədir: “Müəllif elmi tədqiqatında QHT-lərin yaranma tarixini və inkişafını, ictimai sektorun təkamül mərhələlərini geniş araşdırıb, bu sahədə milli və beynəlxalq təcrübəni müqayisəli şəkildə tədqiq və təhlil edib. Kitabda vətəndaş cəmiyyəti haqqında mövcud nəzəriyyələrə müəllifin elmi baxışı və yaradıcı mövqeyi, Azərbaycan elmi qarşısında qaldırdığı bir sıra aktual məsələlər monoqrafiyanın dəyərini və sanbalını daha da artırır”.

Menecment Universitetinin kafedra müdiri İsrail İsgəndərov, Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və başqaları kitabın çap olunmasını yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, Azay Quliyev elmi tədqiqatında vətəndaş cəmiyyətinin, ictimai sektorun tarixlə müasir dövrün üzvi bağlılığını və canlı proses olaraq davamlılığını dəqiq göstərə bilib və dövlətimizin bu sahədə atdığı addımları və qəbul etdiyi qərarların elmi təhlilini aparıb.

A. Quliyev isə müəllifi olduğu monoqrafiya və Azərbaycan QHT sektoru haqqında geniş məlumat verib, tədbirin təşkil olunmasında yaratdığı şəraitə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edək ki, nəşrin elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, rəyçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Əlikram Abdullayev, Bakı Dövlət Universitetinin professoru, Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov, Birmingem Universitetinin professoru, Avropa Şurasının Venesiya Komissiyasının eksperti Jeremi McBride, Bakı Dövlət Universitetinin professoru, deputat Hikmət Məmmədov və AMEA Fəlsəfə İnstitunun professoru Rəna Mirzəzadədir.

Baxış sayı : 1151
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32