MƏDƏNİ
A- A A+

Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanda nümayiş etdirildi

2018-04-25 07:45:21

Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 15-ci “Mədəni turizm” Beynəlxalq Sərgisində Azərbaycan da təmsil olunub

Ölkəmizin milli stendi Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş etdirilib.

Azərbaycan stendinə baxmağa gələnlərə xalqımızın mədəniyyəti, tarixi, adət-ənənələri, ölkəmizin turizm nailiyyətləri, turizm marşrutları barədə ətraflı məlumat verilib, broşür və suvenirlər paylanılıb, habelə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş etdirilib. Sərgidə Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası keçirilərək ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib. Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova və şəhərin meri Daniel Panov Azərbaycan stendini ziyarət ediblər. Onlara ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumat verilib. Sərginin sonunda Azərbaycan stendi fəxri sertifikatla təltif edilib.

Sərgiyə paralel olaraq, Bolqarıstanın Turizm Nazirliyinin himayəsi ilə Turizm Film Festivalların Beynəlxalq Komitəsinin üzvü olan “Avropanın Şərq Sahilində” adlı 14-cü Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib. Festivalda Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Bakı, Azərbaycan – ulduzların sizin üçün parladığı yer” adlı reklam çarxı təqdim edilib. Bu reklam çarxı festival çərçivəsində keçirilən müsabiqədə ölkənin lakonik və dinamik təqdimatına görə “Korporativ turizm filmi” kateqoriyası üzrə mükafatlandırılıb. On nəfərdən ibarət münsiflər heyəti müvafiq nominasiya üzrə mükafata təqdim edilmiş 11 namizəd arasından Azərbaycanın reklam çarxını seçib. Beləliklə, “Bakı, Azərbaycan – ulduzların sizin üçün parladığı yer” adlı reklam çarxı üç qalibin sırasında olub. Festivalda təbiət və ekoturizm, idman və macəra, tarix və mədəniyyət, inanc və adət-ənənələr kateqoriyalarında da mükafatlar olub. Filmlər 3 gün ərzində Veliko Tirnovo şəhərinin sakinlərinə və qonaqlarına təqdim edilib.

Qeyd edək ki, 15-ci “Mədəni Turizm” Beynəlxalq Sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Turoperatorları və Səyahət Agentlikləri Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə mədəniyyət irsi üzrə Avropa ili çərçivəsində keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin, Cənubi Afrika Respublikası, Çin, Çexiya, Slovakiya, Polşa, Macarıstan və Yunanıstan daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 50-dək şirkət və qurum iştirak edib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 427

QHT və MEDİA

2019-03-21 19:10:44

QHT və MEDİA
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ...

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...