QHT və MEDİA
A- A A+

Tbilisidə faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə mövzusunda beynəlxalq konfrans keçirilib

2018-03-27 08:15:19

Tbilisidə “Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü ərəfəsində faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə. Tarixi ədalət, yoxsa təhlükəli tendensiyalar?” mövzusunda beynəlxalq konfrans keçirilib

Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan və digər ölkələrdən ekspertlər, tarixçi alimlər, müharibə veteranları, ictimai fəallar iştirak ediblər. Gürcüstan Slavyan Xalqları Konqresinin təşkil etdiyi konfransda Cənubi Qafqazda sülhün bərqərar olması, xüsusən də separatizm, faşizm və milliyyətçilik kimi təhlükəli tendensiyalara qaşı mübarizədən danışılıb, faşizmə qarşı birgə mübarizənin əhəmiyyəti xüsusi qeyd olunub.

Konqresin sədri Anjelika Zaxarova tədbiri açaraq dünyada, xüsusilə Cənubi Qafqazda gedən proseslər, faşizm ideologiyasının təbliği və yaranan ciddi problemlər barədə məlumat verib. O bildirib ki, əsas məqsəd iştirakçı dövlətlərin veteranları, ekspert, tarixçi və siyasətçilərinin birgə səyləri nəticəsində faşizmə qarşı birgə səmərəli mübarizə aparmaqdır. Bu cür tədbirlər davamlı olacaq, digər ölkələrdə də konfranslar, “dəyirmi masa” və dinləmələr təşkil ediləcək. Gürcüstanın Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyi idarə heyətinin sədri Tengiz Şubladze çıxış edərək ölkəsində müharibə veteranlarına göstərilən diqqət və qayğıdan söz açıb. O bildirib ki, son vaxtlar bəzi ölkələrdə faşist ideoloqlarının abidəsinin ucaldılması gənc nəslin tərbiyəsinə mənfi təsir göstərir.

Odur ki, müharibə veteranları birlikdə bu cür hallara qarşı birgə mübarizə aparmalı, sağlam qüvvələri də öz ətrafında birləşdirməlidir. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi idarə heyətinin üzvü, polis general-mayoru Kamil Məmmədov Cənubi Qafqazda mövcud olan münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələri, Ermənistan dövlətinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verib. Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı azad etməyə qadir və hər an hazır olduğunu vurğulayan K.Məmmədov deyib ki, buna baxmayaraq dövlətimiz problemi sülh yolu ilə həll etmək istəyir.

Sonra Gürcüstan parlamentinin deputatı Ada Maşaniya çıxış edərək ölkəsinin müharibə, əmək və silahlı qüvvələr veteranları ilə bağlı gördüyü işlərdən danışıb, faşizmə, separatizmə və millətçiliyə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib.

Gürcüstan Güc Strukturları Veteranları Birliyinin sədri Nodar Çoxniaşvili, politoloq, “Patriot” informasiya agentliyinin rəhbəri Georgi İremadze, tarixçi alim Zezva Sagliani, tarixçi alim Mamuka Qoqitidze və başqaları çıxış edərək faşizm ideologiyasının gənc nəslin tərbiyəsinə mənfi təsirlərindən söz açıb, Ermənistanda faşist ideoloqu olan, Adolf Hitlerin sağ əli kimi tanınan, Böyük Vətən müharibəsi dövründə faşistlərə qarşı mübarizə aparan millətlərin nümayəndələrinə amansızlıqla divan tutmuş Qaregin Njde kimilərinə abidənin qoyulmasını kəskin tənqid ediblər. Bildirilib ki, Ermənistanda faşist Qaregin Njdeyə heykəlin qoyulması bütün xalqlara qarşı təhqirdir. Böyük Vətən müharibəsində Qələbə böyük itkilər hesabına başa gəlib və 73 il qabaq heç kim deyə bilməzdi ki, faşizm və neofaşizm nə vaxtsa bərpa oluna bilər.

Ermənistanda faşizm ideologiyasının bərpası və gənclər arasında yayılmasına cəhdlərin müşahidə olunduğunu qeyd edən natiqlər bu cür təhlükəli tendensiyalar və cəhdləri yalnız birgə mübarizə aparmaqla aradan qaldırmağın mümkünlüyünü bildiriblər. Çıxışlarda bu abidənin dağıdılması kimi bəyanatlar da səslənib.

Sonda konfransın bəyannaməsi qəbul olunub. Bəyannamədə faşizmə və faşizmin dövlət səviyyəsində təbliğinə qarşı birgə mübarizənin əhəmiyyəti vurğulanır. Konfrans iştirakçılarının faşizmə qarşı mübarizə ilə bağlı BMT-nin müvafiq sənədlərini müdafiə etdikləri xüsusi qeyd olunur. Bəyannamə BMT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatlara göndəriləcək.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 310

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...