MÜSAHİBƏ
A- A A+

Hikmət Babaoğlu: ABŞ-ın müvafiq dairələrinin Bako Saakyanın səfərinə imkan yaratması beynəlxalq hüquqa ziddir

2018-03-17 22:45:48

.

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyanın Birləşmiş Ştatlara səfəri, hər şeydən əvvəl, ABŞ-Azərbaycan münasibətlərinin ənənəsinə və ruhuna ziddir. İkincisi, ABŞ-ın müvafiq dairələrinin bu səfərə imkan yaratması beynəlxalq hüquqa və bu hüquq qarşısında rəsmi Vaşinqtonun mövcud öhdəliklərinə ziddir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Hikmət Babaoğlu qeyd edib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının mandatı ilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Dağlıq Qarabağ problemini həll etmək üçün mükəlləfdir. Ancaq problemi yaradan və etnik separatçılıqla məşğul olan bir cinayətkarı qəbul etməklə ABŞ Minsk qrupu çərçivəsindəki öhdəliyini pozmaqla artıq münaqişənin həllində vasitəçi deyil, tərəf rolunu oynamış olur. Vaşinqtonun bu fəaliyyəti Azərbaycan kimi ABŞ-ın regionda ən əsas tərəfdaşı olan, Qərbin enerji təhlükəsizliyində yeni alternativ təhlükəsizliyi formalaşdıran, NATO çərçivəsində bu təşkilatın şərq siyasətində mühüm rol oynayan bir ölkəyə qarşı edilir. Göründüyü kimi, heç bir halda bu cür nensosun izahını soyuq məntiqlə vermək mümkün deyil. Bu, ABŞ–ın ikili standartlar siyasətinin təzahürüdür və beynəlxalq münasibətlərin gələcəyi üçün, o cümlədən ABŞ- Azərbaycan münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir.

ABŞ –ın müvafiq qurumlarının dərhal separatçı xuntanın nümayəndəsi haqqında beynəlxalq hüquqa uyğun addımlar atmalı olduğunu deyən Hikmət Babaoğlu vurğulayıb ki, Vaşinqton bir daha belə halların baş verməyəcəyi ilə bağlı Azərbaycana təminat verməlidir. Əks təqdirdə, onsuz da beynəlxalq münasibətlərin hegemon aktorlarından biri kimi get-gedə öz missiyasını ədalətli şəkildə yerinə yetirə bilməyən bu ölkənin beynəlxalq ictimai reputasiyası daha çox zədələnəcək. Bu, nəticə etibarilə ABŞ-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərməklə, bütövlükdə, Cənubi Qafqaz regionunda heç də Birləşmiş Ştatların maraqlarına uyğun olmayan yeni geostrateji vəziyyət üçün ilkin şərtlər yaradacaq.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 382

QHT və MEDİA

2018-11-19 11:25:51

QHT və MEDİA
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

CƏMİYYƏT

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...