2018-03-16 12:05:29 | QHT VƏ MEDİA
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən film çəkilir

.

Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli filmin çəkilişlərinə başlayıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır.

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qəti mübarizə əks olunur. Bu mübarizənin sonu faciəli olsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir. Filmin 28 May - Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Bakı Media Mərkəzi yaradıcı heyət və çəkiliş prosesindən mütəmadi olaraq yenilikləri paylaşacaq. Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” və digər filmlər yer alır.

Baxış sayı : 1116
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22 "Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb" 2021-01-15 09:55:37 Prezident və xanımı Şuşaya səfər ediblər - VİDEO 2021-01-15 09:40:09 İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib 2021-01-14 19:00:11 Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər 2021-01-14 11:15:34 “Metsamor” təhdidi: Regionda yeni münaqişə alovlana bilər 2021-01-14 09:25:45 Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb 2021-01-14 09:05:52 Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi 2021-01-14 08:50:30 Putin və Ərdoğan arasında Qarabağ müzakirəsi 2021-01-14 08:40:32 11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür- Nəsiman Yaqublunun araşdırması 2021-01-13 10:20:57 “Qarabağnamə” tamaşası onlayn göstəriləcək 2021-01-13 09:20:14 “Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb 2021-01-13 09:05:14 Rusiyalı deputat: Otuz il davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilir 2021-01-13 08:40:38 Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkdi 2021-01-13 08:10:11 Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” fonduna 200 min manatdan artıq vəsait köçürüb 2021-01-12 18:50:42 Vüsal Qasımlı: Regional kommunikasiyaların açılması iqtisadi arxitekturanı dəyişəcək 2021-01-12 14:55:58 Regionda sabitliyin təmin edilməsi baxımından belə görüşlər faydalıdır 2021-01-12 11:15:29 ICESCO nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb 2021-01-12 11:00:00