QHT və MEDİA
A- A A+

Müdafiə Nazirliyi fevralda hərbi hissələrdə 20-dən artıq tədbir və layihə keçirib

2018-03-03 10:10:12

.

Müdafiə Nazirliyi fevralda müxtəlif mövzularda 20-dən artıq tədbir və layihə həyata keçirib. Qurum bu tədbirləri Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Hərbi Prokurorluğu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi, “Sağlam Ailə” Ailələrin Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası ilə birgə hərbi hissələrdə təşkil edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər əsasən Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, Qusar, Qazax, Şəmkir və Gəncədə keçirilib. Gənclər Günü, hərbi hissələrin yaradılmasının ildönümləri, Xocalı şəhidlərinin anım mərasimləri, eləcə də digər tədbirlərlə əlaqədar cəbhəboyu zonada yerləşən hərbi hissələr, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələrində şəxsi heyətlə keçirilən görüşlərdə deputatlar, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, tələbələr yaxından iştirak ediblər. Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə fevralda Müdafiə Nazirliyi tərəfindən 92 rəsmi məlumat, 60 foto və 8 videomaterial hazırlanıb, eləcə də media nümayəndələrinin 5 sualı cavablandırılıb. Yerli televiziya kanallarına cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılması üçün 2 icazə məktubu verilib. Bundan əlavə, “TRT World” televiziya kanalının nümayəndələri də Müdafiə Nazirliyində akkreditə olunaraq cəbhə xəttində yerləşən bölmələrdə çəkilişlər aparıblar. Hesabat dövründə Müdafiə Nazirliyi tərəfindən müxtəlif bölgələrdə təşkil olunan 6 tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 378

QHT və MEDİA

2018-12-12 17:35:45

QHT və MEDİA
Heydər Əliyevin xarıci sıyasət kursu və ...
Heydər Əliyevin xarıci sıyasət kursu və ...

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin in...

2018-12-10 16:25:06

QHT və MEDİA
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi”...
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi”...

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...