2018-02-27 09:20:16 | TƏDQİQATLAR-ANALITIKA
ABŞ-ın “News Blaze” nəşri Xocalı soyqırımından yazıb

Amerikanın “News Blaze” nəşri jurnalist və publisist Nurit Qrinqerin “XXI əsrdə dünyanın xroniki xəstəliyi” sərlövhəli məqaləsini dərc edib

Fact-info.az Azərtac-a istinadən xəbər verir ki, məqalədə Xocalı soyqırımından, bu kütləvi qətliamın günahkarlarının cəzasız qalmasından, həmçinin Birləşmiş Millətlər Təşkilatının erməni təcavüzünə münasibətdə fəaliyyətsizliyindən bəhs edilir. Müəllif yazır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə basqın etdilər və fərqinə varmadan günahsız insanları, o cümlədən qadın, uşaq və qocaları güllələdilər. 613 dinc sakin vəhşicəsinə qətlə yetirildi.

Qrinqer qeyd edir ki, Azərbaycanın yaşayış məntəqələrinin işğalı zamanı erməni əsgərləri xüsusi amansızlıq göstəriblər. Belə epizodlardan biri “Human Rights Watch” hüquq müdafiəsi təşkilatının “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı” kimi səciyyələndirdiyi dəhşətli Xocalı qırğınıdır. Suriya, Nigeriya, Myanmadakı kütləvi qırğınları sadalayan ekspert dünya ictimaiyyətinin, xüsusən də Birləşmiş Millətlər Təşkilatının fəaliyyətsizliyini pisləyir. O yazır ki, BMT geniş yayılmış bu cinayətlərə görə böyük məsuliyyət daşıyır, çünki bu təşkilat onların qarşısını almaq üçün heç nə etmir.

Məqalədə deyilir ki, suveren Azərbaycanın ərazilərinin 20 faizi Ermənistan tərəfindən zəbt olunub və bu torpaqların işğalı günahsız insanların qətlə yetirilməsi və görünməmiş vəhşiliklə müşayiət edilib. BMT Təhlükəsizlik Şurası erməni təcavüzünü pisləyən, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün şərait yaradılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələrə baxmayaraq, hətta üzərindən 26 il keçsə də, azərbaycanlılar öz ölkəsində qaçqın olaraq qalır və erməni işğalının davam etməsi ucbatından öz evlərinə qayıda bilmirlər. Sonda Qrinqer sual verir ki, əgər bu qətnamələr icra olunmayacaqdısa, onları qəbul etməyin nə mənası vardı?

Baxış sayı : 1150
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08