SOSİAL
A- A A+

“Neft və müharibə: nəhənglərin döyüşü” kitabının təqdimatı olub

2018-02-02 10:45:24

.

Nazim Rzanın “Neft və müharibə: nəhənglərin döyüşü” kitabının təqdimatı keçirilib. “Azərkitab” - Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov müzakirə olunan kitabı ciddi, fundamental tədqiqat işi kimi dəyərləndirib.

Bildirib ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan, kitab İkinci Dünya müharibəsində “böyük neft” uğrunda amansız savaşa, bu müharibədə neftin həlledici roluna, o cümlədən Bakı neftinin taleyinə həsr olunub. Müəllif Sovet və Qərb tarixçilərinin araşdırmaları, yüksək çinli hərbiçilərin xatirələri və arxiv sənədlərindən ustalıqla istifadə edib. İki dildə - Azərbaycan və rus dillərində yazılan tədqiqat əsərinin daha bir neçə xarici dilə tərcümə edilməsinin vacib olduğunu bildirib.

Tədbirdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Bakı nefti haqqında yazılmış tədqiqat əsərinin aktual olduğunu söyləyib. Bildirib ki, Bakı nefti təkcə Azərbaycan tarixinin yox, dünya tarixinin bir hissəsidir. R.Zeyni kitabı maraqla oxuduğunu, araşdırmaçılar üçün çox yaxşı mənbə olduğunu deyib. Digər çıxış edənlər bildiriblər ki, Nazim Rza tədqiqat əsərində İkinci Dünya müharibəsində Şərq, Qərb cəbhələrində Bakı neftinin qlobal xarakterini tutarlı faktlarla açmağa çalışıb.

Bildirilib ki, ölkəmizin sərvəti olan neftə yazıçı çox həssaslıqla yanaşıb, ciddi araşdırmalar aparıb. Bu məsuliyyət hissi tədqiqatçı-yazıçının digər əsərlərinin də əsas leytmotiv olaraq diqqəti cəlb edir. Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını oxuculara təqdim edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 437

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...