SİYASƏT
A- A A+

Politoloq: “Prezident Azərbaycanın cəlbediciliyini geosiyasi parametrə çevirir”

2018-01-31 11:55:27

Prezident İlham Əliyev yeni bir Azərbaycan yaradıb və çıxışı zamanı konseptual olaraq yeni Azərbaycanı təsvir etdi

Politoloq Mübariz Əhmədoğlu Prezidentin Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışını şərh edərkən deyib. Politoloq vurğulayıb ki, ölkə prezidenti Azərbaycanın cəlbediciliyini geosiyasi parametrə çevirir. Politoloqun sözlərinə görə, biz özümüzü region dövlətləri ilə müqayisə etməli deyilik, dünya dövlətləri ilə müqayisə etməliyik. Onun sözlərinə görə, təxminən bizim parametrlərimiz Avstriya kimi dövlətlərlə bərabərdir.

Politoloq əlavə edib ki, Dövlət Proqramına əsasən Bakının ətrafında həlqəvi dəmiryolu çəkiləcək, həmçinin Qəbələyə və Qusara dəmiryolu çəkiləcək: “Hazırda ölkənin qazlaşması 93%-dir və Prezident qarşıya məqsəd qoyub ki, bu rəqəm 95%-ə çatacaq. Müqayisə üçün deyək ki, Avropa İttifaqına sədrlik edən Bolqarıstanın cəmi 3%-i qazlaşıb. Bolqarıstanın paytaxtı Sofiyada evlərdə kömür və odun yandırırlar”.

M. Əhmədoğlunun fikrincə, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafı bir-birinə bağlıdır: “Əgər Heydər Əliyev hakimiyyətə gəlib müstəqil siyasət qurmasaydı, bizim iqtisadi uğurlarımız olmazdı. Dünya dövlətləri Azərbaycanın siyasətinin müstəqil olmasına inandılar deyə bizim neft müqaviləsi imzaladılar. Bu müqavilə bizə gəlir gəlirdi, biz də bu pulu müstəqil siyasətimizin tərənnümünə, güclənməsinə, qəbul edilməsinə xərclədik”.

Politoloq qeyd edib ki, müstəqilliklə iqtisadi siyasət bir-birini tamamlayan parametrlərdir. M. Əhmədoğlu hesab edir ki, nə qədər müstəqil siyasət aparsaq, iqtisadiyyatımız o qədər güclənir: “İqtisadiyyatımız gücləndikcə isə müstəqil siyasət aparmaq imkanlarımız genişlənir. Bu gün Azərbaycan Rusiya və İranla birgə reallaşdırdığı layihələrdə həmin dövlətlərin də payını maliyyələşdirir. Bu onu göstərir ki, bizim iqtisadi inkişafımız və müstəqil siyasətimiz bir-birini tamamlayan vəziyyətdədir”.(Azadinform)


Kateqoriya : SİYASƏT Baxış sayı : 994

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...