QHT və MEDİA
A- A A+

Azərbaycan, Ukranya və Kazak xalqlarının dostluq əlaqələri inkişaf edir!

2017-12-26 08:55:42

.

Dünya Kazakların Qramaski Təşkilatının Ukrayna “Zaparoji Kazakları”-nın Getmanının Azərbaycan üzrə nümayəndəsi Kazak Marşalı Üzeyir Vahabov 20–23 dekabr tarixlində Azərbaycanda işgüzar səfərdə olub.

Həmyerlimiz Üzeyir Vahabov ilk öncə Fəxri xiyabana gedərək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirələrini ehtiramla anaraq, məzarları üzərinə gül dəstəsi qoyublar. Daha sonra Kazak marşalı Üzeyir Vahabov Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edib. Həmçinin qonaq azərbacanlı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun və Türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.

Kazak marşalı Üzeyir Vahabov ziyarətləri bitirdikdən sonra, Respublika Veteranlar Təşkilatında olaraq, təşkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovla görüşərək gələcəkdə birgə əməkdaşlıq edərək tədbirlərin keçirillməsi məsələsi müzakirə edib. Daha sonra Kazak marşalı Üzeyir Vahabov Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun və “Azərbaycanda Kazak Həmyerlilləri” ictimai birliyinin qərargahında olaraq hər iki təşkilatların rəhbərləri ilə görüş keçirdərək müzakirə aparıblar. Görüş zamanı, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov həmyerlimiz Kazak Marşalı Üzeyir Vahabova Azərbaycan, Kazak və Ukraynaya xalqları arşındakı dostluq əlaqələrini inkişaf etdirərək həmrəylik nümayiş etdirərərək apardığı səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirdi.

Sərraf Orucov həmyerlimizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasın, özgəninkiləşdirilməsini, yer adlarının qanunsuz dəyişdirilməsinı barədə və bu ərazilərin guya Ermənistana məxsus olduğunu “sübut” edən “erməni yalanlarını” ifşa etmək məqsədi ilə, rus dilində video disklər, broşuralar təqdim edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətin kimin tərəfində olduğu haqında ətraflı məlumat verib. Sərraf Orucov qeyd etdi ki, dünya dövlətləri və xalqları arasında, çox saylı qırğınlara, münaqişəyə məruz qalmış dövlətlərdən biridə, Azərbaycan xalqına yaxın dost dövlət sayılan Ukrayna dövləti və xalqıdır. Çünki bu gün Azərbaycanda Ukrayna da separatizmdən əziyyət çəkir. Sərraf Orucov Kazak Marşalından, Müstəqil Dövlətlər Birliyində Avropaya inteqrasiya edən ən böyük dövlətlərdən biri sayılan və Avropa, Müstəqil Dövlətlər Birliyinin dövlətlərinin diqqət və marağı mərkəzində olan Ukraynada fəaliyyət göstərən, müharibə, veteran QHT-ları, KİV-ları, Azərbaycan Diaspor təşkilatları və Ukrayna ictimaiyyəti arasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını, özgəninkiləşdirilməsini, yer adlarının qanunsuz dəyişdirilməsinı barədə və bu ərazilərin guya Ermənistana məxsus olduğunu “sübut” edən “erməni yalanlarını” ifşa edərək, əsl həqiqətləri Ukrayna və Kazak xalqlarının diqqətinə çatdırmağı üçün təbliğat aparmağı xahiş etdi.

Görüşdə, “Azərbaycanda Kazak Həmyerlilləri” ictimai birliyinin Atamanı Çiqiryov Yuri Sergeyeviç qonağa Kazak Həmyerlilləri təşkilatı haqqında və Azərbaycanda yaşayan Kazaklar barəsində ətraflı məlumat verdi. “Azərbaycanda Kazak Həmyerlilləri” Atamanı Yuri Sergeyeviç qonağa məlmat verərək bildirdi ki, vətənpərvər Azərbaycan Kazakları vətənimizə olan sevgisini nümayiş etdirərək könüllü olaraq, Azərbaycanın Milli Ordusunda xidmət edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 4 nəfəri şəhid, 15 nəfəri əlil olmuş 1 nəfəri isə Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bu gündə keçmiş cəsur kazak döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması üçün, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə səfərbər olaraq torpaqlarımızın ermənilərdən azad etmək üçün yenidən döyüşə getməyə hazırdırlar.

Görüşdə gələcəkdə, Dünya Kazaklarının Qramaski Təşkilatının Ukrayna “Zaparoji Kazakları” Təşkilatı, “Azərbaycanda Kazak Həmyerlilləri” ictimai birliyi və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu birlikdə əməkdaşlıq edərək, birgə tədbirlərin keçirilməsi qərara alınıb.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 427

QHT və MEDİA

2018-07-20 09:00:47

QHT və MEDİA
Avropa Azərbaycanlılar Konqresinin prezi...
Avropa Azərbaycanlılar Konqresinin prezi...

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik ...

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...