SOSİAL
A- A A+

Nazir Qarabağ əlilləri və şəhid ailələrinə mənzil verdi

2015-06-16 10:00:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Tərtər rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını 15 İyun- Milli Qurtuluş günü münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

S.Müslümov bildirib ki, ötən il ölkəmizin müxtəlif bölgələrində yeni yaşayış evləri istifadəyə verilməklə, 174 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsi nəzərdə tutulur. 
Bununla bağlı president sərəncamının icrası yerinə yetirilir. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün Bakıda 12 mərtəbəli 96 mənzilli, İmişli və Beyləqan rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, eyni zamanda respublikanın bölgələrində 379 ədəd fərdi ev inşa olunur. Bundan əlavə Bakı şəhərində 164, Sumqayıtda 6, Gəncədə 6, Mingəçevirdə 3 ədəd hazır binalarda mənzillər alınmışdır, onlarda təmir işləri aparılır və bu il təhvil veriləcəkdir. 
S.Müslümov yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edib, onlara bu mənzillərdə xoşbəxt və firavan həyat sürməyi, vətənimiz, dövlətimiz üçün layiqli övladlar böyütməyi arzulayıb.
Sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına Prezident qayğısından razılıqla söz açan əlil və şəhid ailələri Milli Qurtuluş günündə təqdim olunan bu yeni mənzillərin onların bayram sevincini ikiqat artırdığını vurğulayıb, bu böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1231

QHT və MEDİA

2020-05-26 08:25:22

QHT və MEDİA
Parisdə 28 May - Respublika Gününə həsr ...
Parisdə 28 May - Respublika Gününə həsr ...

Mayın 27-də Parisdə yerli vaxtla saat 16:00-da Azərbaycan Xalq Cümhuriyyətini...

2020-05-24 09:05:41

QHT və MEDİA
Tural Gəncəliyev: Ermənistanın siyasi rə...
Tural Gəncəliyev: Ermənistanın siyasi rə...

Mayın 21-də Ermənistan sülh prosesinə ən yüksək səviyyədə zərbə vuran bir add...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...