MÜSAHİBƏ
A- A A+

Firudin Həsənov: “Avropa oyunları Azərbaycanın çox düşünülmüş təbliğatı deməkdi”

2015-06-13 13:25:14

Mwsahibə

Fact-info.az saytının bu günkü qonağı  90-cı illərdən sonra yaradılan  Kommunist Partiyasına   bir neçə il rəhbərlik edən və hazırda pedaqoji fəaliyyətlə məşğul olan, həmçinin Yeni Azərbaycan Partiyasında  siyasi fəaliyyətini davam etdirən professor Firudin Həsənovdur.

 O,  1993-cü il iyun hadisələrinə,   o dovdən sonrakı  proseslərə və nəhayət  2015-ci il  I Avropa Oyunlarının  Azərbaycanda keçirilməsinə toxunub.

 -Firudin müəllim, bəzi proseslərə nəzər salaq. Siz Gəncə hadisələr zamanı , yəni  1993-cü ildə Gəncədə müxtəlif dövlət vəzifələrində çalışmısınız.  Həmin hadisələrdən xeyli vaxt keçib. Ümumiyyətlə,  o proseslərlə  bağlı sizin fikirləriniz necədi?

 -Onu qeyd edim ki,  1993-cü ilin iyun ayında  Gəncə şəhərində  Surət Hüseynovun rəhbərliyi ilə baş verən hadisələrdən  xeyli  vaxt keçməsinə baxmayaraq  bu hadisələr  dəriundən tədqiq olunmalıdı. Şübhəsiz  o hadisələrdən 20 ildən artıq vaxt keçsə də   həmin prosesləri yaddan çıxarmaq olmaz. Azərbaycanın  birbaşa dövlətçiliyi  təhdid olunurdu.  Müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı. Çox gərgin məqam idi.  Təbii ki,  Surət Hüseynovda elə bir qabiliyyət,  siyasi bacarıq  yox idi ki,  bu hadisələri təşkil edib idarə etsin. Sadəcə olaraq onu idarə edən və ümumilikdə bu hadisələri təşkil edən qüvvələr olub.  Məqsəd Azərbaycanı parçalamaq,  dövlətçiliyə zərbə vurmaq,  torpaqlarımızın  ermənilər tərəfdən işğalına nail olmaq idi.  Məhz belə məqamda,  Azərbaycanın  ağır günündə  çox üzaqgörən, təcrübəli siyasətçiyə,  ölkəni xilas edən şəxsin  rəhbərliyə gəlməsinə zərurət var idi. Bu şəxs isə   o zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyev idi.   

 -1993-cü ildən sonrakı dövrü  hansı mərhələlərə bölüb necə dəyərləndirmək mümkündü?

-Onu qeyd etməliyəm ki,  yalnız  1993-cü ildən başlayaraq ümumilli liderimiz  Heydər Əliyevin  Azərbaycana  yenidən rəhbərliyindən sonra  ciddi dəyişiklər baş verdi. Ölkə parçalanmaq, dağılmaq təhlükəsindən xilas oldu.  1993-cü il  Gəncə hadisələrinin, qiyamının qarşısının alınmasında  ziyalılar, əhali   böyük dövlət xadimi  Heydər Əliyevə dəstək oldular. Nəhayət  ölkəmizdə   sabitləşmə və inkişaf dövrü başladı.  Onun  həyata keçirdiyi düzgün və əsaslandırılmış siyasət Azərbaycanın  demokratik inkişaf yolu ilə surətlə irəliləməsinə geniş imkanlar açdı.  Bu da  iqtisadiyyatın dirçəlməsinə səbəb oldu. Yalnız  Heydər Əliyevin   uzaq görənliyi,  çevik, düşünülmüş  siyasəti nəticəsində  bu çətinliklər zaman-zaman aradan qaldırıldı.  Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsində, milli dövlət strukturunun yaradılmasında və formalaşmasında yeni Konstitusiyasının   qəbul edilməsinin böyük əhəmiyyəti oldu. Artıq Azərbaycan heç zaman  bu müstəqillik  yolundan dönə bilməz. Dünyanın müxtəlif ölkələrində yaşayan  hər bir azərbaycanlı,  diaspara təşkilatlarımız Azərbaycanın  həqiqətlərinin dünyaya çatdırılmasında  öz əməyini sərf etməlidir. 

 -2015-ci il  I Avropa Oyunlarının Azərbaycanda  keçirilməsi prosesi necə dəyərləndirsiniz?

 -Dünyada gedən prosesləri nəzərə alaraq, xüsusulə, iqtisadi böhran şəraitində  Azərbaycanda müsbət tendensiyalar,   iqtisadi inkişaf davam edib. Bu böhranın ağır nəticələri ilə dünyanın bir çox ölkələri üz-üzədir. Məhz belə məqamda ölkəmizdə davam edən  bu inkişaf meylləri  müsbət haldır. Bundan əlavə ölkənin sosial, ictimai,  mədəni həyatında  işlər, önəmli layihələr davam etməkdədir.

 - I Avropa Oyunlarının Azərbaycanda  keçirilməsini  Azərbaycanın təbliğatı baxımından  necə dəyərləndirmək olar?

 - 2015-ci il  I  Avropa idman oyunlarına hazırlıq işləri qısa zaman kəsiyində  davam etdi   və Azərbaycan belə  möhtəşəm  idman yarışmalarına  ev sahibliyi edir. Bakı şəhərində  bu oyunların çox möhtəşəm açılş mərasimi oldu.  Bütün bunlar vətəndaş olaraq bizi çox sevindirir.  2015-ci il  I Avropa oyunlarının Azərbaycanda keçirilməsi  həm iqtisadi sahədə, həm də digər sahələrdə, xüsusilə, Azərbaycanın təbliğatı  ilə  bağlı müsbət hadisədir.  Ölkəmizə gələn   çox saylı qonaqlar  Azərbaycandakı inkişafı görüb  müsbət fikirlərlə şəhərimizi tərk edəcəklər.

 Bu da Azərbaycanın   çox düşünülmüş təbliğatı deməkdi.

 -Bu faktorlar  münaqişənin həllinə nə dərəcədə təsir göstərə bilər?

- Bütün bu faktorlar  Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilər.  Çünki  Azərbaycanın güclənməsi  regionda sabitliyə,  daimi sülhə  təkan verən faktorlardı. Heç şübhəsiz ki, Azərbaycanın iqtisadi qüdrətinin artması  burada önəmli məsələdir. Avropa oyunlarının  Bakı şəhərində belə yüksək səviyyədə təşkili və keçirilməsi  Azərbaycanın   iqtisadi qüdrətindən,  regionda  və dünyada tutduğu  əhəmiyyətli yerindən xəbər verir.  Təbii ki, bütün bunlardan  vətəndaş olaraq biz  qürur duyuruq.

Fact-info.az

 
 
 
 

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1800

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...