TƏDQİQATLAR
A- A A+

Cao Sidi: Çin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinin tərəfdarıdır

2015-06-11 11:30:26

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çin Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Cao Sidi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cao Sidi Azərbaycana ikinci səfərinin birinci Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini deyib, bu genişmiqyaslı idman tədbirinin ölkəmiz tərəfindən uğurla keçiriləcəyinə əminliyini bildirib. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin nəzərəçarpacaq dərəcədə inkişafının dövlətçilik qüdrətinin artmasına bariz nümunə olduğunu qeyd edən Cao Sidi bu xüsusda ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyini və müdrikliyini xüsusi vurğulayıb.

Görüşdə, həmçinin BMT Təhlükəsizlik Şurasının islahatlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. C.Sidi BMT Təhlükəsizlik Şurasının islahatı və bu xüsusda cərəyan edən proseslər barədə öz ölkəsinin mövqeyini ifadə edib.

Nazir E.Məmmədyarov beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verib. Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair məlum dörd qətnaməsinin hələ də icra edilmədiyini bildirərək Azərbaycan tərəfinin Şuranın effektivliyinin artırılmasına gətirib çıxaracaq islahatların aparılmasında maraqlı olduğunu vurğulayıb.

Çin nümayəndəsi bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra edilməsinin və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının tərəfdarıdır. Görüşdə tərəflər iki ölkə arasında siyasi dialoq və praktiki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

 

 

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1576

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...