CƏMİYYƏT
A- A A+

QHT-nin hazırladığı videoçarxlar ictimaiyyətə təqdim edilib

2017-11-01 11:00:34

.

“Vətəndaş Tribunası” İctimai Birliyi ”İctimai aktuallıq kəsb edən mövzular üzrə sosial çarxların hazırlanması” layihəsi çərçivəsində yaratdığı “Aprel döyüşlərinin qəhrəmanları”, “Sosial şəbəkələrin müasir həyatda rolu və buradakı davranışlar üçün hüquqi və etik çərçivələrin vacibliyi” videoçarxlarının təqdimat mərasimini keçirib. Aprel döyüşlərində şəhid olmuş döyüşçülərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

31 oktyabrda Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Bakı QHT Resurs və Təlim Mərkəzində keçirilən tədbiri açan “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı məruzəsində deyib ki, təşkilat bu videoçarxlar vasitəsilə cəmiyyət üçün aktual mövzuları bir daha gündəmə gətirib. S.Alışarlı Azərbaycanın işğal altında olan torpaqlarını hər an azad etmək qüdrətində olan Silahlı Qüvvələrimiz haqqında danışaraq bildirib ki, düşmənlərimiz gec-tez bu qüdrəti etiraf edərək sülh danışıqlarında konstruktiv mövqe tutmağa məcbur olacaqlar. O bildirib ki, Azərbaycan inkişaf edir, regiondakı bütün beynəlxalq layihələrə qoşulur və bu, işğalçı Ermənistanın iqtisadi inteqrasiyadan təcrid edilməsinə gətirib çıxarır.

S.Alışarlı qeyd edib ki, Aprel döyüşləri Azərbaycan əhalisinin qəlbindən məğlubiyyət sindromunu birdəfəlik sildi, xalqımızın öz gücünə inamına ciddi təkan verdi. Düşmənlərimizin qətiyyən arzulamadığı və indiyədək heç zaman imkan vermək istəmədiyi bu qələbənin baş memarı Ali Baş Komandan və ordumuzun qurucusu İlham Əliyevdir. Düşmən təxribatlarına cavab olaraq bir sıra hərbi əməliyyatlar həyata keçirən Azərbaycan Ordusu bu döyüşlərdə nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Videoçarxın məqsədi ordumuzun yenilməzliyini göstərmək və gənc nəslin vətənpərvərlik ruhuna müsbət impulslar verməkdir.

Məruzəçi sosial şəbəkələrlə bağlı hazırlanmış videoçarxa da diqqət çəkərək bildirib ki, bu gün bütün dünyanın çox sevdiyi, eləcə də uşaqlara görə müəyyən narahatlıq hissi keçirdiyi sosial şəbəkələrdə virtual şiddət əvvəlki illərə nisbətən azalmaq tendensiyasına malikdir. Bu tendensiyada maarifləndirmə işinin vacibliyini önə çəkən S.Alışarlı QHT-lərin bu yönlü fəaliyyətini yüksək dəyərləndirib.

Tədbirdə çıxış edən QHT rəhbərləri Nailə İsmayılova, Gülnarə Hüseynova, Şəhla Qarayeva, Cəsarət Hüseynzadə, Faina Hənifəyeva, Fatimə Hacıbəyli, Radə Abbas, eləcə də media təmsilçiləri və yazarlar Günel Xəzəl, İlham Qəhrəman, Adilə Nəzər, Qəzənfər Əhmədov, Aynur Azəri, Xeyrulla Ağayev və başqaları videoçarxlar haqqında öz fikirlərini bölüşüblər.

“Vətəndaş Tribunası” İctimai Birliyinin sədri Şəhla Xəlilova ciddi müzakirələrə görə tədbir iştirakçılarına təşəkkür edib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 817

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...