MƏDƏNİ
A- A A+

Türkdilli ölkələrin milli kitabxanaları birliyi

2017-10-30 09:40:22

.

Türkdilli Ölkələr və Qohum Topluluqların Milli Kitabxanalar Birliyi yaradılacaq. “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni oktyabrın 30-dan noyabrın 2-dək Antalyada keçiriləcək iclasda milli kitabxana rəhbərlərinə təqdim olunacaq.

Qeyd edək ki, 2016-cı il noyabrın 14-dən 17-dək Türkiyədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Moldova (Qaqauz Yeri), Rusiya Federasiyasının Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan respublikaları milli kitabxanalarının iştirakı ilə “IV Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxana Rəhbərləri Toplantısı” keçirilib. Bu toplantıda alınan ortaq qərara əsasən, birlik işlərinin hüquqi bazaya oturdulması, beynəlxalq rəsmi bir konfrans statusunda daha fəal və faydalı hala gətirilməsi məqsədi qarşıya qoyulub. İclasda, həmçinin mərkəzi Ankara olmaqla birliyin Türkiyə qanunvericiliyi əsasında yaradılması, hər cür iş və prosesin Türkiyə qanunvericiliyi çərçivəsində aparılması, müvafiq işlərə Türkiyə Milli Kitabxanasının rəhbərlik etməsi məsələlərində razılığa gəlinib. Bu iclasın yekun sənədi milli kitabxana nümayəndələri tərəfindən imzalanıb.

Bu proseslərin nəticəsində müvafiq ölkələrin də dəstəyi ilə hazırlanan “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni Antalyada keçiriləcək iclasda iştirakçıların təsdiqinə təqdim olunacaq.

Toplantıda, Azərbaycan, Başqırdıstan, Qaqauz Yeri, Qazaxıstan, Şimali Kipr, Qırğızıstan, Özbəkistan və Tatarıstan qurucu üzv, Bosniya və Herseqovina, Saxa (Yakutiya), Makedoniya, Kosovo, Monqolustan milli kitabxanaları isə müşahidəçi ölkə kimi iştirak edəcəklər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 234

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...