CƏMİYYƏT
A- A A+

“Tarixçilərin əsas məqsədi saxta erməni təbliğatının qarşısını almaqdır”

2017-10-17 08:30:20

.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, regionda münaqişələrin gücləndiyi şəraitdə milli dəyərlərin, milli maraqların və mənafelərin qorunması son dərəcə önəmlidir: “Bu gün dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir. Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır”.

İnstitut direktoru deyib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir: “Dünyanın müxtəlif qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatı var. Amma açıq-aşkar islamofobiya siyasəti yeridilir”.

Tədbirdə Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyevin “Müasir dövrdə Azərbaycanın regional problemlərin həllində fəaliyyəti”, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun “Regionda terrorun təzahürləri: onların səbəbləri və başlıca hədəfləri” və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun “Müasir dövrdə “islam həmrəyliyi”nin aktual problemləri” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından birinə çevrilmiş terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 289

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...