QHT və MEDİA
A- A A+

“İntellektual insan və vətəndaş cəmiyyəti” mövzusunda toplantı

2017-10-17 08:05:19

.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı Dəyirmi masa keçirib.

Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Mədəniyyət və Turizm Nazirliyi və QHT nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov tədbir iştirakçılarını salamlayaraq “İntellektual insan və vətəndaş cəmiyyəti” mövzusunda fikir bildirib və layihənin əhəmiyyəti barədə danışıb: “Artıq üç ildir ki, Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-ləri maliyyələşdirir, mədəni irsimizin qorunması sahəsində olan layihələri dəstəkləyir və bundan sonra da nazirlik dəstək verməyə daima hazırdır”.

Daha sonra Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə dəstək verən Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə və nazirliyin heyətinə təşəkkürünü bildirib. Mili QHT Forumunun yaranış tarixi, məqsəd və fəaliyyətləri barədə məlumat verən Rauf Zeyni iştirakçılara vətəndaş cəmiyyətinin tarixi və əhəmiyyəti barədə danışıb. O, “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edərək bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı olmadan heç bir inkişafdan söz gedə bilməz. 2017- ci ildən bəri MQF-nin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən Rauf Zeyni eyni zamanda bildirib ki, hazırda QHT-lər mədəniyyət sahəsi üzrə xarici ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və mədəniyyətimizin tanınması məqsədi ilə tədbirlər həyata keçirir. Bunun üçün də vətəndaş cəmiyyətinin Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlığa, birgə tədbirlər həyata keçirməyə ehtiyacı var.

Tədbirdə mövzu ətrafında maraqlı müzakirələr aparılıb və bundan sonra da MQF ilə Mədəniyyət və Turizm Nazirliyinin daha geniş əməkdaşlıq etməsi təklif olunub.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 214

QHT və MEDİA

2018-04-20 20:05:48

QHT və MEDİA
Şura QHT-lər üçün məlumatlandırma sessiy...
Şura QHT-lər üçün məlumatlandırma sessiy...

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ...

2018-04-20 10:55:20

QHT və MEDİA
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib...

CƏMİYYƏT

2018-04-20 08:20:56

CƏMİYYƏT
“Ordu üçün bütün işlər görülür, görüləcə...
“Ordu üçün bütün işlər görülür, görüləcə...

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığı...

2018-04-20 07:45:17

CƏMİYYƏT
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...

Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə y...

İQTİSADİ

2018-04-20 07:55:10

İQTİSADİ
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzi...

2018-04-16 21:45:12

İQTİSADİ
UNEC ilə Türkiyənin İnönü Universitetini...
UNEC ilə Türkiyənin İnönü Universitetini...

Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıla...