MƏDƏNİ
A- A A+

AXC-nin BMT kitabxanasındakı sənədlərinin surəti Azərbaycana verildi

2017-10-05 08:30:18

.

İsveçrədə səfərdə olan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkiblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kitabxananın müdiri Françesko Pisano kitabxananın tarixi barədə danışıb. Bildirilib ki, Birinci Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu il aprelin 28-də Parisdə keçirilmiş sülh danışıqlarının yekununda yaradılmış Millətlər Liqası sülh və təhlükəsizliyin qorunmasında uğurlu fəaliyyət göstərməyə müvəffəq ola bilməyib. Müxtəlif vaxtlarda təşkilatın tərkibinə 63 üzv dövlət daxil olub və təşkilatın fəaliyyətinə 1946-cı ildə son verilib.

Hazırda BMT-nin Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşir. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir çox tarixi sənədlərin əsilləri qorunub saxlanılır. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. Bu sənədlərin yüksək əhəmiyyətini nəzərə alaraq, 2016-cı ilin sonunda Azərbaycanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Millətlər Liqasının AXC ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə nümayəndəlik və kitabxana arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Ermənistana və Gürcüstana aid ümumilikdə 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb. Həmin sənədlərin yerləşdiyi elektron daşıyıcı oktyabrın 3-də BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller tərəfindən Azərbaycanın baş nazirinin müavini Əli Həsənova təqdim olunub. F. Pisano Azərbaycanın daimi nümayəndəliyi tərəfindən kitabxanaya təqdim edilmiş kitablara görə də minnətdarlığını ifadə edib və gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan haqqında tarixi əhəmiyyət kəsb edən sənədlərin qorunmasına görə təşəkkür edən Ə. Həsənov arxiv sənədlərinin və tarixi faktların böyük əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, qonşularının məkrli siyasətinə və işğalına məruz qalan Azərbaycan kimi ölkələrin tarixi ədalətin bərpa olunmasında arxiv sənədlərinə böyük ehtiyacı var və həmin sənədlər toplusu tarix elminə böyük töhfələr verəcək.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 370

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...