QHT və MEDİA
A- A A+

Ermənişünaslıq sahəsinin tədqiqinə dair: reallıqlar, perspektivlər

2017-09-22 11:55:45

Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyan ermənişünaslıq sahəsinin ölkəmizdə tədqiqi olduqca gəncdir və belə demək mümkündürsə, XX əsrin 80-ci illərindən bu sahə az-çox dərəcədə öyrənilməyə başlanmışdır

Ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti haqqında elmlərin məcmusudur. Aparılan araşdırmalar göstərir ki, hər hansı konkret ölkədə (Rusiya, Fransa, ABŞ, Almaniya və b.) ermənişünaslıq ümumi cəhətləri ilə birgə, müəyyən spesifikaya malik olur. Lakin Azərbaycanda ermənişünaslıq sahəsinin tədqiqi bir qədər fərqli xüsusiyyətlər kəsb edir. Belə ki, bu gün Ermənistan adlandırılan torpaqların böyük bir hissəsinin tarixi Azərbaycan torpaqları olması, həmin torpaqlarda yaşayan Azərbaycan türklərinin taleyi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində albanların deetnizasiyası, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, onların azərbaycanlılara qarşı soyqırımı siyasəti və digər məsələlər Azərbaycanda ermənişünaslığın hüdudlarını genişləndirir. Tarixi faktlara əsasən, ermənilər Qafqaza gəlmədirlər, aborigen deyillər, çarizm və onun sonrakı varisi tərəfindən köçürülmüşlər. Buna dair yüzlərlə mötəbər mənbə vardır. Görkəmli rus şərqşünası İ.M.Dyakonov yazır ki, müasir ermənilərin əcdadları olduğu güman edilən köçəri qəbilələr – haylar eramızdan əvvəl təxminən XII əsrdə Balkan yarımadasından hərəkətə başlayıb Kiçik Asiyaya keçmiş və Yuxarı Fərat vadisində (Van gölünə doğru ərazilərdə) məskən salmışlar. Cənubi Qafqazda, o cümlədən də indi Ermənistan adlanan ərazidə qədim türklər (saklar, skiflər, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar) hakim olanda həmin ərazidə ermənilərdən əsər-əlamət yox idi. Erməni tarixçisi Karen Yüzbaşov yazır ki, səlcuqların gəlişinədək – XI əsrdə indi Ermənistan adlandırılan ərazidə türklər yaşayırdılar. Göründüyü kimi, tarixi mənbələrdən gətirdiyimiz məlumatlar Azərbaycanda ermənişünaslıq sahəsinin öyrənilməsinin daha zəruri olmasını söyləməyə əsas verir. Əvvəla, Qafqaza və tarixi Azərbaycan torpaqlarına çarizm və onun sonrakı varisi keçmiş SSRİ rəhbərliyi tərəfindən köçürülən ermənilər üzərindən bir qədər zaman ötdükdən sonra özlərini köçürüldükləri Azərbaycan torpaqlarının əsl sahibi kimi aparmış, məskunlaşdıqları ərazilərdə də havadarlarının məqsədli yardımları ilə etnik təmizləmə siyasətinə başlamış, tarixi saxtalaşdırmış, hətta aborigen əhalinin maddi-mədəniyyət nümunələrini yer üzündən silmiş və ya özününküləşdirmiş və hazırda da bunu dövlət siyasətinin bir hissəsinə çevirmişlər. Bax, bu baxımdan qonşu ermənilərin məkrli dövlət siyasətinin qarşısını almaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün Azərbaycanda ermənişünaslıq sahəsinin öyərnilməsi aktual bir məsələ kimi qarşıya çıxır. Azərbaycanda ermənişünaslıq sahəsinin öyrənilməsini zəruri edən bu məlumatların təhlilindən sonra ölkəmizdə belə bir mərkəzlərin olub-olmamasına da diqqət yetirəsi olsaq, bu sahədə də boşluqların olduğunu görə bilərik. Dünyada, o cümlədən qonşu Gürcüstanda bir sıra ermənişünaslıq mərkəzlərinin XX əsrin əvvəllərindən fəaliyyət göstərmələrinə baxmayaraq, Azərbaycanda ermənişünaslığın institutlaşması son illərə qədər diqqətdən kənarda qalmışdır. Əgər nəzərə alsaq ki, bəhs olunan ölkələr Azərbaycan kimi ermənilərin məkrli planları ilə üz-üzə qalmayıb, hətta onların torpaqlarına bu şəkildə ermənilər köçürülməyib, eyni zamanda, onlar soyqırımlarına, 1948-1953-cü illərdəki kimi deportasiyalara məruz qalmayıblar, onda bəhs olunan ölkələrdə deyil, Azərbaycanda bu sahənin öyrənilməsi daha erkən başlanmalı idi. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, Azərbaycanda ermənişünaslığa aid edilən əsərlər müxtəlif ali məktəb, mətbuat və başqa sahələrdə çalışan şəxslər tərəfindən yazılmışdır. Müqayisə üçün qeyd edək ki, Tbilisi Universitetində 1922-ci ildə armenistika kafedrası (rəhbəri L.M.Meliksetbek) açılmışdı. 1960-cı ildə yaradılmış Gürcüstan EA Şərqşünaslıq İnstitutunun fəaliyyətində də ermənişünaslıq əsas istiqamətlərdən idi. Ermənistanda isə türkologiya, qafqazşünaslıq, xüsusilə gürcüşünaslıq və albanistikanın institutlaşması səviyyəsi XX əsrin 20-ci illərindən başlamışdır. Azərbaycanda isə 2008-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində "Ermənişünaslıq'' elmi-tədqiqat laboratoriyası və 2016-cı ildə AMEA Qafqazşünaslıq İnstitutunun yaradılması və İnstitutun tərkibində "Ermənişünaslıq'' şöbəsinin açılması bu sahədə olan boşluqlara bir töhfə kimi qiymətləndirilə bilər. Düzdür, bəhs olunan mərkəz və şöbələr yenidir, burada çatışmazlıqlar da mövcuddur. Azərbaycanda ermənişünaslıq sahəsinin lazımi səviyyəyə qaldırılması üçün ilk öncə bu sahədə kadr potensialını artırmalı, bu sahə üzrə müvafiq dərslik və ədəbiyyatların yazılması işi sürətlənməli, dünyanın qabaqcıl ermənişünaslıq mərkəzləri, xüsusilə Türkiyə, Rusiya, Gürcüstan, ABŞ-dakı bu tipli mərkəzlərlə ikitərəfli və çoxtərəfli əlaqələr qurulmalı və bu sahə dövlətimizin strateji maraqlarının tərkib hissələrindən biri kimi hər zaman diqqət mərkəzində olmalıdır. Əgər belə olarsa, tarixi həqiqətləri bərpa edərək dünya dövlətlərinin diqqətinə çatdıra, düşmənin məkrli siyasətinin qarşısını ala, işğal altında olan ərazilərimizi düşmənimizin siyasi, iqtisadi, mədəni, mənəvi terrorundan xilas edə və gələcək nəsillərə çatdıra bilərik! Newtimes.az Ziyad Əmrahov tarix üzrə fəlsəfə doktoru, AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 192

QHT və MEDİA

2018-01-20 21:30:21

QHT və MEDİA
Qənirə Paşayeva İstanbuldan türk dünyası...
Qənirə Paşayeva İstanbuldan türk dünyası...

İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən...

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...