SİYASƏT
A- A A+

Humanizm prinsiplərinə sadiq olan Azərbaycan beynəlxalq humanitar missiyaları dəstəkləyir

2017-08-21 08:20:24

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə əlaqədar açıqlama verib

Açıqlamada H.Hacıyev Azərbaycanın 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə əlaqədar BMT Baş Katibinin "mülkü insanlar münaqişələrdə hədəf olmamalıdır" adlı çağırışını dəstəklədiyini bildirir. Qeyd edilir ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mülki insanların hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir. Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsi nəticəsində beynəlxalq humanitar hüququn öhdəliklərini kobud şəkildə pozaraq, işğalçı ölkə tərəfindən mülki Azərbaycan əhalisinə qarşı qəsdən və məqsədyönlü şəkildə hərbi cinayətlər, insanlıq əleyhinə cinayət və soyqırımı əməlləri törədilib. İşğal olunmuş ərazilərdən bir milyondan artıq Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, Xocalı soyqırımı, 4000 nəfərdən artıq azərbaycanlının hələ də itkin düşmüş vəziyyətdə olması bunun bariz sübutlarıdır. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları qəsdən hədəfə alaraq, işğalçı ölkə bu barbar siyasətini davam etdirir. 2016-cı ilin aprelində Ermənistanın bu kimi hücumları nəticəsində 30-dan artıq mülki şəxs yaralanıb və aralarında uşaq da olmaqla 6 nəfər həlak olub. Bu il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azyaşlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi həlak olub, daha bir mülki şəxs ağır yaralanıb. Bu cinayətə görə beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla üzləşməsinə baxmayaraq Ermənistan bu günlərdə yenə təxribat törədərək daha bir uşağın yaralanmasının səbəbkarı oldu. Mülki Azərbaycan əhalisinə qarşı törətdiyi bu cinayətlərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, onun siyasi-hərbi rəhbərliyi də məsuliyyət daşıyır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində müstəqilliyinin ilk illərində Azərbaycan İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakəti ilə üzləşib. Ona görə də 19 avqust Ümumdünya Humanitar Yardım Günü münaqişədən əziyyət çəkən mülki insanlara yardım göstərilməsi baxımdan da Azərbaycan üçün əlamətdardır. Biz həmin dövrdə azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərən BMT-nin müvafiq strukturları və onların əməkdaşlarının dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan bu gün əldə etdiyi inkişaf sayəsində humanizm prinsiplərinə sadiq olaraq beynəlxalq humanitar missiyaları dəstəkləyir. Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif qitələrdə humanitar yardım və davamlı inkişaf layihələrini həyata keçirirlər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 924

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...