MƏDƏNİ
A- A A+

“Made in Azerbaijan” brendi və ölkəmizin xalçaçılıq sənəti Bolqarıstanda tanıdılır

2017-08-02 08:15:45

.

“Made in Azerbaijan” brendinin Bolqarıstanda tanıdılması və təşviqi məqsədilə Burqas şəhərində keçirilən “Wine Fest Burgas 2017” şərab festivalında ölkəmizin səfirliyi Azərbaycan istehsalı olan şərabların təqdimatını və dequstasiyasını təşkil edib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar barədə məlumat verilib, “Gəncə Şərab-2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan “Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü ziyarətçilərin diqqətinə çatdırılıb. Otuz şərab istehsalçısı tərəfindən 200-dən çox şərabın təqdim edildiyi bu tədbirdə Azərbaycanın yerli üzüm növü olan “mədrəsə”dən hazırlanmış “İvanovka bağları. 1954. Mədrəsə” və “İvanovka bağları. 1954. Kəmşirin” adlı şərablar böyük maraqla qarşılanıb.

Şərab festivalı ilə yanaşı, eyni məkanda açıq havada “Xalça yolu” adlı xalça festivalı keçirilib. Festivalda Azərbaycan xalçaları nümayiş etdirilib və tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıb. Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının xalçaçılıq üzrə ixtisaslaşdığı, hər regionun xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və bu səbəbdən onların daha uzun istifadə müddətinə malik olduğu ziyarətçilərin diqqətinə çatdırılıb. Festivalda Azərbaycan ilə yanaşı, Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın xalçaçılıq sənəti silsilə olaraq Bolqarıstanın müxtəlif regionlarında tanıdılmaqdadır. Belə ki, Azərbaycan xalçaları Burqas şəhərindən əlavə iyunun 23-25-də Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilən “Adət-ənənələrin canlı alovu” adlı festivalda, həmçinin 15 iyun-30 iyulda Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində keçirilmiş “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilib.(Azərtac)

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 595

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...