İQTİSADİ
A- A A+

Əcnəbi media Azərbaycanın geniş turizm potensialından yazır

2017-07-17 08:55:19

.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu ərəbdilli mətbu orqanı olan “Əl-Bəyan” qəzetində “Azərbaycan qədim sivilizasiya... və sehrli təbiət” sərlövhəli məqalə dərc olunub. Məqalə müəllifi Azərbaycanın min illər boyu qədim sivilizasiyanın beşiyi olduğunu, tarixi abidələri, görməli yerləri ilə seçildiyini və miladdan öncə üçüncü minilliyin əvvəllərində Urmiya gölü hövzəsindəki Azərbaycan ərazilərində ilk dövlətin yarandığını qeyd edib.

Azərbaycanın strateji mövqeyi ilə seçildiyini diqqətə çatdıran müəllif, ölkəmizin coğrafi mövqeyi barədə oxucularına məlumat verib, paytaxt Bakının bir tərəfdən Avropa tipli şəhər olduğunu, digər tərəfdən isə İslam memarlığını, Şərq üslubunu xatırlatdığını bildirib. O, buradakı memarlıq abidələrinin və şəhər arxitekturasının müxtəlifliyini və çalarlığını qeyd edərək, qədim tarixə malik İçərişəhərin UNESCO-nun dünya irsi siyahısına salındığını, burada qədim memarlıq abidələrindən Şirvanşahlar sarayının və Qız qalasının mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycanın füsunkar təbiətə, əlverişli iqlimə malik olduğunu qeyd edən məqalə müəllifi, paytaxt Bakıdan 225 kilometr məsafədə yerləşən Qəbələnin geniş yaşıllığa büründüyünü, uca dağlar və dərin vadilər arasında yerləşdiyini bildirib, eyni zamanda, turistləri cəlb edən bir şəhər kimi Qəbələdə turistlər üçün əlverişli şəraitin yaradıldığını, 1660 metr uzunluğunda telefrikin fəaliyyət göstərdiyini, burada məşhur şabalıd meşələrinin olduğunu qeyd edib. Müəllif şəhərə gələn turistlərin 90 faizini Körfəz dövlətlərindən olan ərəb turistlərin təşkil etdiyini diqqətə çatdırıb, bir sözlə Qəbələnin heyrətamiz təbiətə malik olduğunu vurğulayıb.

Qəbələ sakinlərinin xalçaçılıq sənəti ilə də məşğul olduğunu bildirən müəllif, xalçaçılıq sənətinin Azərbaycanın ənənəvi qədim sənət nümunələrindən biri olduğunu və bu sənətin nəsildən-nəslə ötürüldüyünü qeyd edib. Müəllif şəhərin müxtəlif beynəlxalq musiqi festivallarına ev sahibliyi etdiyini diqqətə çatdırıb, Qəbələni dadlı və ləziz yeməklər ünvanı kimi dəyərləndirib, Azərbaycanın qədim tarixi və memarlığında Qəbələnin öz xüsusi yeri olduğunu bildirib. Məqalədə Qəbələni ziyarət edənlərin Azərbaycanın gizli sehrini və təbii gözəlliyini kəşf etdikləri vurğulanıb.

Həmçinin müəllif ölkəmizin qədim mədəniyyət və sivilizasiya beşiyi olduğunu qeyd edərək, bu mədəniyyətin formalaşmasında Azərbaycan Musiqi Akademiyasının, Akademik Milli Dram Teatrının, Opera və Balet Teatrının və Azərbaycan Kinostudiyasının mühüm rolu olduğunu bildirib, Azərbaycanda hər il – Bakı Beynəlxalq kino festivalının, Bakı Beynəlxalq caz festivalının, Novruz bayramının, gül bayramının, milli teatr festivalının və sair keçirildiyini, paytaxt Bakının müxtəlif sərgi və beynəlxalq konfranslara ev sahibliyi etdiyini diqqətə çatdırıb.

O, Bakıda gözoxşayan müasir binaların, göydələnlərin inşa edildiyini bildirərək qeyd edib ki, özünəməxsus ənənəvi görünüşü və Şərq ilə Qərb arasında coğrafi körpü olan Bakını Şərqin Parisi adlandırmaq olar.

Müəllif “Fly Dubai” şirkətinin iyunun 29-dan etibarən Dubay-Qəbələ marşrutu üzrə həftədə iki reys həyata keçirdiyini və bu reysin sentyabrın 17-dək davam edəcəyini bildirib. Eyni zamanda, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkə vətəndaşlarının Azərbaycana giriş vizasının ölkəmizin hava limanlarında əldə etdiklərini xatırladıb və turistləri Azərbaycan gözəlliyindən, valehedici təbiətindən yararlanmağa çağırıb. (Azərtac)

 

 

 

 

 

 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 686

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...