CƏMİYYƏT
A- A A+

Bu dəhşətli cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır

2017-07-08 10:35:58

Erməni vəhşiliyinə etirazlar davam edir

 Azərbaycan Respublikası “QÜRUR”Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri Naibə Behbudova Fact-info.az saytına  öz fikirlərini belə açıqlayıb:

 Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin və etnik təmizləməyə məruz qoyulmasının çağdaş Avropa tarixinin ən qara səhifələrindən biridir. Bu ədalətsizlik yüz minlərlə azərbaycanlı məcburi köçkünün məşəqqətinə səbəb olmaqda davam edir. Münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan qoşunları tərəfindən müxtəlif qəddarlıqlar törədilir. Bu səpkidə Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli faciəsi və insanlığa sığmayan, utancverici nümunəsidir. Yüzlərlə uşaq, qadın və yaşlıların qətlə yetirildiyi bu müharibə və münaqişələrin mülki şəxslərə vurduğu böyük ziyanların bariz göstəricisidir.

Mənim qardaşım Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov 1992-ci ilin mart ayında torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə yaralı halda”erməni cəlladları”tərəfindən əsir götürülmüşdü. 10 günlük əsirlik həyatında ona olmazın işgəncələrini verərək, tarıma çəkmiş, tikanlı məftilə bağlayaraq, maşın arxasınca torpaqlarda sürümüş və üzərinə neft tökərək diri-diri yandırmışlar.

2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi  hamı kimi bizi də çox sarsıtdı.

Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən BMT Təhkükəsizlik Şurasının müvafiq qətnamələri indiyədək, yerinə yetirilməmiş və nədənsə dünya birliyi hələ də bunlara göz yummaqda davam edir. Mülki əhalinin hədəfə alınması, xüsusilə də uşaqların qətlə yetirilməsi tamamilə qəbuledilməzdir. Balaca Zəhra və onun nənəsinin  öldürülməsini qətiyyətlə pisləyərək, dünya birliklərini bu dəhşətli cinayəti törədənlərə qarşı etirazımızı bildirməklə yanaşı, onların məsuliyyətə cəlb olunmasını tələb edirik.

 

 

 

 

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 531

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...