SİYASƏT
A- A A+

"2 yaşlı uşağın öldürülməsi Ermənistanın terrorçu mahiyyətini sübut edir" - XİN

2017-07-05 07:40:45

.

"Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür". Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanmasına münasibət bildirərkən deyib.

H.Hazıyev bildirib ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik.

 Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

 Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır.

 Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

 ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərdən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır. (modern.az)


Kateqoriya : SİYASƏT Baxış sayı : 788

QHT və MEDİA

2020-02-26 15:55:37

QHT və MEDİA
Hikmət Şikarov: “Xocalı soyqırımı bütün...
Hikmət Şikarov: “Xocalı soyqırımı bütün...

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olar...

2020-02-26 15:30:53

QHT və MEDİA
Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçq...
Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçq...

Bu gün Azərbaycan xalqı bəşəriyyətin ən qanlı hadisəsi, insanlığa qarşı törəd...

CƏMİYYƏT

2020-02-24 11:15:00

CƏMİYYƏT
Regionu təhdid edən əməllərinin qarşısı ...
Regionu təhdid edən əməllərinin qarşısı ...

Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimlə...

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...