MƏDƏNİ
A- A A+

“Özünlə fəxr et”

2017-06-23 11:55:52

İmza günü

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində 1-ci qrup əlilliyi olan gənc yazar Samir İmanovun növbəti kitabının imza günü keçirildi.  “Özünlə fəxr et” adlı bu kitab Samir İmanovun əlilliyi olan insanların həyatına, düşüncələrinə həsr etdiyi ikinci kitabıdır. Samirin “Hədəfdəki insan” adlı birinci kitabında da yalnız özünün deyil, başqalarının da fəxr edə biləcəyi əlilliyi olan insanın həyatından  bəhs edilirdi.

1981 -ci ildə Sumqayıt şəhərində anadan olan Samir İmanov uşaq yaşlarından serebrial iflic və hemofiliya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq ağır xəstəliklərə mətanətlə sinə gərib. Hazırda  bədii yaradıcılıqla məşğuldur. Onun “Özünlə fəxr et'' kitabının təqdimatı aprel ayında Bakıdakı “Ata Türk” mərkəzində keçirilib. Bu kitabının imza günündə də  Samir İmanovu sevən, dəstəkləyən digər qonaqlarla yanaşı Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezeidenti Adil Əliyev də iştirak edirdi. Öz sadəliyi, səmimiliyi ilə daim köməyə ehtiyacı olan insanların yanında olan Adil Əliyev çıxışında “Özünlə fəxr et” kitabının hamı üçün bir örnək olduğunu, fiziki qüsuru olan insanlara hər vaxt diqqət göstərməyin lazım olduğunu qeyd etdi.

Müəllif  öz çıxışında söylədi ki, Azərbaycanda əlilliyi olan insanlarla bağlı ilk kitab yazan odur və kitabı yazmaqda əsas məqsəd, əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaqdır. Eləcə də əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir.

Tədbirdə dövlət və qeyri-hökumət təşkilatları, KİV və ictimaiyyət nümayəndələri, iş adamları iştirak edirdilər.
 Məlahət Abdullayeva,
“Əlillər Dünyası” qəzeti


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 289

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...