İQTİSADİ
A- A A+

“Azərbaycanla danışıqları Brüssel sammitinədək tamamlaya bilərik”

2017-06-16 07:50:11

Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Hanın müsahibəsi

- Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır. Hazırda danışıqların gedişini necə qiymətləndirirsiniz? Siyasi danışıqların aparılması artıq baş tutub. Bu sahədə hər hansı fikir birliyi və ya fikir ayrılığı mövcuddurmu? Danışıqların nə vaxt yekunlaşacağını düşünürsünüz?
 - İndiyə qədər baş tutmuş danışıqlar olduqca konstruktiv şəkildə aparılıb və bir çox sahələrdə irəliləyişə imkan yaradıb. Buna baxmayaraq, hələ görülməli olan işlərin əhəmiyyəti də az deyil. Danışıqların tezliklə yekunlaşdırılmasını istərdik, lakin nəticənin yaxşı olması sürətli olmasından daha vacibdir. Bizim üçün sazişin iqtisadi və təhlükəsizlik məsələlərindən tutmuş, insan haqlarına hörmət, yaxşı idarəçilik və qanunun aliliyinə qədər, əməkdaşlığın bütün əsas sahələrini əhatə etməsini və onun Aİ və Azərbaycanın ortaq məqsədlərini, eləcə də bu gün üzləşdiyi çağırışları nəzərə almasını təmin etmək vacibdir.
- “Şərq Tərəfdaşlığı” üzrə zirvə toplantısı noyabrda Brüsseldə keçiriləcək. Bu toplantı ilə bağlı hazırlıqlar necə gedir? Zirvə toplantısının əsas prioritetləri nədir və Azərbaycanla bağlı hansı müzakirələrin aparılacağı və hansı qərarların qəbul ediləcəyi gözlənilir? Brüsseldə yeni sazişin imzalanması mümkündürmü?
- “Şərq Tərəfdaşlığı” üzrə zirvə toplantısına hazırlıqlar çox yaxşı irəliləyir və biz qarşıdakı illərdə konkret ölçülərlə bağlı razılaşma əldə ediləcəyini gözləyirik ki, bu da iqtisadi inkişaf, bazar imkanları, yaxşı idarəçilik, rabitə, enerji səmərəliliyi, mobillik və birbaşa əlaqələrlə bağlıdır. Bunlar iki il əvvəl Riqada ümumi razılığa gəldiyimiz məqsədlərdir. Biz, eyni zamanda, Azərbaycanla bir çox əməkdaşlıq sahələrini özündə birləşdirən Tərəfdaşlıq Prioritetləri üzərində də işləyirik. O ki qaldı yeni sazişə, əgər bu istiqamətdə sürətlə və iddialı məzmuna xələl gətirmədən irəliləyə bilsək, danışıqları zirvə toplantısınadək tamamlamış ola bilərik.
 - Azərbaycan Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təşəbbüsü irəli sürüb ki, bu da Şərq-Qərb təşəbbüsü baxımından əhəmiyyətlidir. Bu enerji və nəqliyyat layihələri Avropa üçün nə dərəcədə vacibdir və onlar Avropaya nə verəcək?
 - Cənub Qaz Dəhlizi Aİ üçün strateji layihədir. Belə ki, o, bizə təchizat mənbələrimizi diversifikasiya etməklə, enerji təhlükəsizliyimizi yaxşılaşdırmaq imkanı verir. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin əhəmiyyəti Azərbaycanın Şərq və Qərb arasındakı nəqliyyat mərkəzi mövqeyini inkişaf etdirmək istiqamətindəki uğurundan böyük dərəcədə asılı olacaq. Bu da bir çox amillərlə bağlıdır. Bu məsələdə nəticənin əvvəldən müəyyən edilməsi və nəqliyyat sistemlərinin və nizamnamələrin Avropadakı sistemlərə beynəlxalq uyğunluğu, eləcə də xarici sərmayələri cəlb edən biznes mühiti baxımından Dünya Ticarət Təşkilatına üzvlüyün əhəmiyyəti də xüsusi olaraq vurğulanmalıdır. Azərbaycanın korrupsiya ilə mübarizə səyləri cəlbedici biznes mühitinə öz müsbət töhfəsini verəcək. Belə ki, qanunun hakimiyyətinə hörmət bu məsələni müəyyən edən amillərdən biridir.
APA 

 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 886

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...