MƏDƏNİ
A- A A+

İstiqlal şairi Almas İldırımın 110 illiyi qeyd olunub

2017-06-01 08:15:20

.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edilib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışıb. Bildirib ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas İldırım özünəməхsus poetik tərzi ilə hər zaman diqqəti çəkib. Altı il sürgün həyatı yaşayan Almas İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb-yaradıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar şairin bir çox şeirlərinin, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən "Əsir Azərbaycanım" şeirinin dillər əzbərinə çevrildiyini vurğulayıb. O, şairin ən sevilən şeirlərini səsləndirib.

Tədbirlə əlaqədar Bakıya gəlmiş şairin oğlu Azər Almaszadə tədbirin təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, atası hər zaman Vətənini azad görmək istəyirdi. Almaz İldırım daim təqib və haqsız təhdidlər içində yaşayıb-yaratsa da, qəlbindəki istiqlal sevgisi heç zaman azalmayıb. Bu gün Azərbaycan xalqı Almas İldırımın arzu etdiyi azad və müstəqil dövlətdə yaşayır.

Tədbirdə Almas İldırımın unudulmaz şeirləri səsləndirilib, konsert proqramı təqdim edilib.(Azərtac)

   

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 762

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...