TƏDQİQATLAR
A- A A+

Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək

2017-05-20 10:35:26

.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda keçirilən elmi şuranın iclasında bu elmi müəssisənin direktoru, akademik Yaqub Mahmudov tarixçi alimlərə Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamından irəli gələn vəzifələr barədə ətraflı məlumat verib.

Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Y.Mahmudov sənədin Azərbaycan tarix elmində yeni araşdırmalara yol açacağını vurğulayıb. O deyib: “Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Rayonlarımızda cümhuriyyətin tarixi ilə bağlı institutun elmi şurasının xüsusi iclasları təşkil ediləcək”.

İclasda AXC-nin Sovet Rusiyası, Osmanlı Türkiyəsi ilə münasibətlərinin tarixinin daha dərindən araşdırılması və cümhuriyyətin tarixi ilə bağlı yeni tədqiqat işlərinin – namizədlik və doktorluq dissertasiyalarının yazılması məsələləri müzakirə edilib. Diqqətə çatdırılıb ki, AXC-nin tarixi ilə bağlı Türkiyə, Ukrayna və Polşadakı sənədlərin araşdırılması və nəşri vacibdir.

Elmi şuranın qərarına əsasən, 1918-1920-ci illər soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar dəqiqləşdiriləcək.

Y.Mahmudov bildirib ki, 2018-ci ildə rəhbərlik etdiyi elmi müəssisə tərəfindən AXC-nin 100 illik yubileyi ilə bağlı “Elmi əsərlər”inin xüsusi buraxılışı çap olunacaq. “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycanın orta məktəblərində keçirilmiş konfransları xatırladan akademik məktəblərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O deyib: “Antiazərbaycan nəşrlərində və informasiya məkanında ölkəmizin əleyhinə sistemli iş gedir”.

İclasda, həmçinin internet resurslarında, o cümlədən Vikipediyada Azərbaycan tarixi, tarixi şəxsiyyətləri barədə məqalələrin sayının çoxaldılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 344

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

2018-09-17 09:30:12

CƏMİYYƏT
Parad Azərbaycan-Türkiyə birliyinin sars...
Parad Azərbaycan-Türkiyə birliyinin sars...

Paradda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı 1918-ci il 15 sentyab...

İQTİSADİ

2018-09-12 11:20:53

İQTİSADİ
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş üz...

2018-09-10 21:25:18

İQTİSADİ
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...

Sentyabrın 10-da mənzil-qərargahı Bakıda yerləşən TRASEKA Hökumətlərarası Ko...