SİYASƏT
A- A A+

Tbilisidə keçirilən beynəlxalq konfransda ermənilərin pozuculuq fəaliyyətinin qarşısı alınıb

2017-05-12 09:15:42

Kütləvi informasiya vasitələrinin Tbilisidə keçirilən 14-cü Cənubi Qafqaz beynəlxalq konfransında ermənilərin pozuculuq fəaliyyətinin qarşısı alınıb

KİV-in “Saxta xəbərlər, dezinformasiya və təbliğat mövzusunda Tbilisidə keçirilən 14-cü Cənubi Qafqaz beynəlxalq konfransında Azərbaycan nümayəndə heyəti dezinformasiya, təbliğat və söz azadlığından sui-istifadə hallarına qarşı ölkəmizdə görülən işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycana qarşı bəzi KİV-lər, xüsusən də Qərb ölkələrinin erməni lobbisi ilə əlaqəli olan media orqanları tərəfindən məqsədyönlü şəkildə əks-təbliğat, dezinformasiya və qarayaxma kampaniyaları həyata keçirilir. Ölkəmizdə mötəbər tədbirlərin keçirildiyi vaxtlarda bu, daha kəskin xarakter alır.

Bu zaman ermənilər Azərbaycan nümayəndə heyətinin çıxışına mane olmağa çalışıblar.

Konfransda iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv, qeyri-etik davranışları ilə Azərbaycan nümayəndə heyətinin üzvlərinin çıxışlarına mane olmağa, konfransın işini dayandırmağa çalışıblar. Lakin digər nümayəndələr ermənilərin heç bir hüquqi əsasa, etik normalara sığımayan çıxışlarına etiraz ediblər və konfrans öz işini davam etdirib.

Digər maraqlı hadisə konfransın yekun, tövsiyə xarakterli sənədinin qəbulu zamanı baş verib.

Azərbaycan nümayəndə heyəti beynəlxalq media qurumlarının, eləcə də xarici ölkələrin jurnalistlərinin başqa dövlətlərin ərazisinə keçərkən həmin dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, akkreditasiya qaydalarına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmələrinin vacibliyini vurğulayıb və bunun sənəddə əksini tapmasını təklif ediblər. Bu qərarın işğal altında olan ərazilərdə xüsusi nəzərə alınmasının vacibliyini qeyd olunub.

H.Hacıyevin sözlərinə görə, ermənilər bu məsələyə də kobud müdaxilə etməyə çalışıblar. Lakin yenə də onların cəhdləri boşa çıxıb və tədbir iştirakçıları Azərbaycan nümayəndə heyətinin mövqeyini müdafiə edib, ermənilərə kəskin etirazlarını bildiriblər.

Qeyd edək ki, ATƏT-in Media Azadlığı üzrə Bürosu tərəfindən təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və digərləri təmsil ediblər.

 Konfransda Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, dezinformasiyaların yaratdığı təhlükələr, təbliğatın düzgün təşkili, yeni texnologiyalardan istifadə, jurnalistlərin təhlükəsizliyi, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və s. məsələlər müzakirə olunub.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 321

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...