SOSİAL
A- A A+

Qarabağ müharibəsi əlillərinə yeni fərdi yaşayış evləri verilib

2017-04-20 22:45:53

.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib. 

 Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, İsmayıllı rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. S.Mehdiyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının, onların yeni mənzillərlə təminatının ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu bildirib.  Qeyd olunub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq  bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, İsmayıllı və digər rayonlarda müasir tələblərə cavab verən yaşayış şəraitinə malik yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

 Ümumilikdə keçən il və cari ilin ötən dövründə 310-dək yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq  təmir olunması işləri davam etdirilir. 

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin, onların uşaqlarının sosial təminatın gücləndirilməsi üçün digər istiqamətlərdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Müharibə əlilləri və onlara bərabər tutulanların tibbi-sosial reabilitasiyasının təşkili, onların bərpa-müalicəsi və reabilitasiya vasitələri ilə təminatı  sahəsində işlərin də ildən-ilə gücləndirildiyi diqqətə çatdırılıb. 

 Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar Prezident qayğısını gündəlik həyatlarında hiss etdiklərini, maddi təminatlarının gücləndirilməsi, onlara yönələn sosial təminat növlərinin mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar.

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 924

QHT və MEDİA

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...