SİYASƏT
A- A A+

Rəsmilər yenidən Bakıya toplaşır

2015-05-17 09:15:58

Forum Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə baş tutacaq

Bakıda mayın 18-19-da “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bununla əlaqədar sabah mətbuat konfransı təşkil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, forum Azərbaycan prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutacaq.
Forumda UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura, IRCICA - İslam Tarixi, İncəsənəti və Mədəniyyətinin Araşdırma Mərkəzinin baş direktoru Halit Eren, Belarusun mədəniyyət naziri Boris Svetlov, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze, Malayziyanın mədəniyyət və turizm naziri Dato Seri Məhəmməd Nəzri Bin Əbdul Əziz, Monteneqronun elm naziri Sanja Vlahoviç iştirak edəcəklər.
III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq.
Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar, mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin 2-ci Dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək.(
anspress)
Forumda mədəniyyətlərin dialoq fəlsəfəsini özündə əks etdirən xüsusi mədəni proqram da hazırlanacaq.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1029

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...