TƏDQİQATLAR
A- A A+

Pakistanlı ekspert: “Metsamor” AES dünya və region üçün böyük təhlükədir

2017-03-14 10:25:44

.

Pakistanda nəşr edilən “Daily Legal Views” və “Election Times” qəzetlərində, həmçinin onların portallarında Mərkəzi Asiya respublikaları və Azərbaycan üzrə ekspert Mahmud-ul Həsən Xanın “Ermənistanın atom proqramı: qlobal nəticəli regional təhlükəsizlik təhdidi” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə qeyd edilir ki, 1970-ci ildə inşa edilən, 1988-ci ilin dağıdıcı Spitak zəlzələsindən sonra bağlanan və 1995-ci ildə yenidən işə salınan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətə başlamasına Beynəlxalq Atom Enerjisi Agentliyi, eləcə də ABŞ və digər Qərb ölkələri tərəfindən etiraz ünvanlanıb. ABŞ 407 meqavatlıq “Metsamor” AES-in dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olduğu qənaətindədir. Buna səbəb isə onun seysmik zonada yerləşməsidir. Belə ki, 8 ballıq zəlzələyə davamlılıq əsasında tikilmiş “Metsamor” 9 ballıq seysmik zonada yerləşir. 2015-ci ilin mayında Ermənistan “Metsamor” AES-in bağlanma tarixini 2016-cı ildən 2026-cı ilədək uzatmaq barədə Rusiyanın RosAtom şirkəti ilə razılıq əldə edib ki, bu, istənilən beynəlxalq nüvə təhlükəsizliyi standartları baxımından dünya və region üçün böyük təhlükədir.

Qeyd edilib ki, Avropa İttifaqı “Metsamor” AES-in bütün region üçün təhlükə olduğunu bildirib. 2013-cü ilin martında Avropa İttifaqının Ermənistan üzrə heyətinin başçısı T.Hristean deyib: “Avropa İttifaqı Ermənistan hökumətinə dəfələrlə müraciət edərək AES-i ən qısa müddətdə dayandırmasını tövsiyə edib”.

Yazıda vurğulanır ki, öz əhalisinin həyatını qorumaq istəyən region ölkələri - Azərbaycan, Türkiyə və Gürcüstan dəfələrlə Ermənistana təzyiq edərək, AES-in dərhal bağlanmasını tələb etsələr də Ermənistan buna əhəmiyyət vermir və beynəlxalq normaları pozmaqda davam edir. Bildirilir ki, Yaponiyadakı Fukuşima AES-dəki qəzadan sonra, bütün dünyada atom enerjisinin təhlükəsizliyi ilə bağlı həssaslığın artdığı bir zamanda, zəruri təhlükəsizlik təchizatına malik olmayan “Metsamor” AES-i işlətməyə davam edən Ermənistanın bu hərəkətləri yaxından izlənməlidir. Digər bir məsələ isə “Metsamor”un daxili qoruyucu örtüyünün olmamasıdır ki, hər hansı qəza anında atom zərrəcikləri birbaşa atmosferə ötürüləcək.

Ekspert yazır ki, Avropa İttifaqı AES-in bağlanması prosesi üçün Ermənistana 289 milyon dollar yardım təklif etsə də, Ermənistan bunu rədd edib. Avropa İttifaqına qəbul olmaq üçün Bolqarıstanda 4, Slovakiyada 2 AES bağlanıb. Qeyd olunub ki, Avropa İttifaqının “Ermənistanda Avropa Qonşuluq siyasətinin həyata keçirilməsi” barədə 2015-ci ilin martında nəşr edilən hesabatında “Metsamor”un tez bir zamanda bağlanmasının Aİ üçün əsas hədəflərdən biri olduğu bildirilir.

Məqalədə Azərbaycan hökumətinin uzun illərdir vaxtı keçmiş və təhlükəli “Metsamor” AES-in fəaliyyəti ilə bağlı beynəlxalq platformalarda məsələ qaldırdığı, lakin Ermənistanın məsuliyyətsiz mövqeyinin davam etdiyi qeyd olunur.

 Sonda ekspert vurğulayır ki, bütün ölkələr “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması üçün səylərini birləşdirməlidir.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 353

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...