İQTİSADİ
A- A A+

“Cənub Qaz Dəhlizinin icrasında Avropa maliyyə təşkilatlarının iştirakı əhəmiyyətli olacaq”

2017-02-23 18:55:24

Bu tədbirdə müxtəlif ölkələrdən mötəbər nümayəndələr iştirak edir

Azərbaycan Avropa Komissiyası ilə bu mühüm layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Biz unikal və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”.
 APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasında deyib.
 Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası gələcək əlaqələr üçün də vacib amildir: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub.
Müasir Azərbaycanın nailiyyətləri bunun sayəsində mümkün olub. Cənub Qaz Dəhlizi layihəsinin icrasında “Şahdəniz” qaz yatağı böyük əhəmiyyət daşıyır. Bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Layihə üzrə regional iş birliyi əhəmiyyətlidir. Uzun illər boyu Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən icra olunan enerji dəhlizləri buna misaldır”.
 Prezident qeyd edib ki, bu cür toplantılar layihənin vaxtında və keyfiyyətli icra olunmasında xüsusi rol oynayır: “Ötənilki görüşdən sonra bir çox irəliləyiş olub. Azərbaycan "Abşeron" qaz yatağının da işlənilməsinə başlayıb. Bu, Azərbaycanın qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərir. 21-ci əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd etmək istəyirəm. Avropa maliyyə təşkilatlarının da layihənin icra olunmasında yaxından iştirak etməsi əhəmiyyətli olacaq.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir, enerji təhlükəsizliyi isə ölkələrin milli təhlükəsizliyidir. Bu sahədə mövcud beynəlxalq əməkdaşlıq qarşılıqlı etimadın nümunəsidir. Layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlər yüksək standartlara əsaslanır”. 

 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 438

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...