CƏMİYYƏT
A- A A+

Xətainin xətt nümunələri aşkar edildi

2017-02-17 09:15:47

Elmi araşdırmalar

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan azərbaycanlı Məhəmmədəli Hüseyninin yardımı ilə Şah İsmayıl Xətainin xətt nümunələrinin rəngli surətlərini əldə edib. 
Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Quliyevin APA-ya verdiyi məlumata görə, Şah İsmayıl Həzrət Əlinin kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürüb:
 “Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhifəsinin surəti əlimizdə idi. İndi isə Münhenin Baviyera Dövlət Kitabxanasında saxlanan əsərin orada mövcud olan 27 vərəqinin hamısının surəti Azərbaycana gətirilib. Nümunələrin üzərindəki qeyddən görünür ki, mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb. Xətt nümunələrinin altında ərəbcə mətnin fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən köçürülüb. Ehtimal ki, bu xətt nümunəsi Çaldıran döyüşündən əvvəl yazılıb. Osmanlı imperatoru I Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparmışdı. Əsər sonra oradan Avropaya aparılıb”.
 İ. Quliyev əlavə edib ki, Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münhenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türk alimi İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə  çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib. Türk alimi Xətainin Hacı Məhəmməd Təbrizidən süls, Şah Mahmuddan nəstəliq xətti üzrə dərs aldığı barədə bilgi verilib. 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1041

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...