SİYASƏT
A- A A+

“Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açırıq”

2017-02-06 22:20:53

“Azərbaycan regionda yeni dəmir yolu xəttinin istifadəsi üçün böyük investisiya yatırıb”

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
 Dövlət başçısı bildirib ki, Asiya ilə Avropanı birləşdirən xəttin bu il istifadəyə verilməsi gözlənilir: “Bu dəmir yolu xətti “Şərq tərəfdaşlığı” və Avropa ölkələri üçün cəlbedici ola bilər.  Bu xəttin istifadəsi yüklərin daşınması baxımından zamanın qısalmasına səbəb olacaq”. 
 Prezident qeyd edib ki, tərəflər arasında mədəniyyətlərarası dialoq əməkdaşlığın vacib istiqamətlərindən biridir: “Azərbaycan Avropa Şurası və eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz coğrafi olaraq sivilizasiyalar arasında körpü rolunu oynayırıq. Bizim insan kapitalına və mədəniyyətlərarası dialoqa qoyduğumuz səylər öz nəticəsini verir”. 
 Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Aİ-yə üzv 9 ölkə ilə artıq strateji tərəfdaşdır: “Bu, gələcək razılaşma üçün vacib bazadır. Bu gün əhəmiyyətli gündür. Biz əməkdaşlıqda yeni səhifə açırıq. Mən yeni saziş üzrə danışıqları aparanlara uğur arzulayıram. Ümid edirəm ki, onlar vaxt itirməyəcəklər, dərhal sabah işə başlayacaqlar və bizə tezliklə iki tərəf arasında strateji tərəfdaşlıq haqqında sənəd təqdim edəcəklər”.
 D. Tusk isə əməkdaşlığımı yeniləmək və yeni ikitərəfli razılaşma ilə dərinləşdirmək istədiklərini söyləyib: "Mən məmnunluqla bildirmək istəyirəm ki, tərəflər arasında yeni saziş üzrə danışıqlar sabah başlayır. Mən danışıqları aparanlara uğurlar arzu edirəm. Yeni razılaşma bölüşdüyümüz yeni qlobal iqtisadi və siyasi maraqlarnı fonunda əməkdaşlığımızın əhatə dairəsini genişləndirəcək". 


Kateqoriya : SİYASƏT Baxış sayı : 941

QHT və MEDİA

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2020-02-20 09:25:37

QHT və MEDİA
Amerikalı ekspert: Ermənistan hökumətini...
Amerikalı ekspert: Ermənistan hökumətini...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys ...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...