SİYASƏT
A- A A+

Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar Serbiyada anma mərasimi

2015-05-09 11:30:47

Mayın 8-də Azərbaycanın Serbiyadakı səfirliyində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib

Tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, ictimaiyyətin və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Səfir Eldar Həsənov tədbirdə çıxış edərək Şuşanın əzəli Azərbaycan torpağı olması, tarixən burada azərbaycanlıların yaşayış məskənlərinin mövcudluğu və bu şəhərin ölkəmizin ayrılmaz hissəsi olan Qarabağın inzibati, mədəni və elmi mərkəzi rolunu oynaması barədə məlumat verib. Diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti Şuşanın işğalı zamanı da özünü göstərib. Ermənistan silahlı qüvvələri bu tarixi Azərbaycan torpağında mülki əhaliyə qarşı amansız divan tutaraq kütləvi qırğınlar törədib, tarixi və mədəni abidələrimizi dağıdıb. Səfir bu hərbi cinayətlərin silahlı münaqişə qanunlarının kobud pozuntusu olduğunu və bu kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilmədiyini xatırladıb.

E.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq Şuşa barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verərək işğal olunmuş ərazilərimizin tezliklə geri qaytarılacağına əminliyini ifadə edib.

Tədbirdə vurğulanıb ki, Şuşada, eləcə də Azərbaycanın işğal olunmuş digər ərazilərində törədilmiş cinayətlər Ermənistanın dövlət ideologiyası sayılan njdehizmin məntiqi nəticəsidir. Njdehizm nasizmdən ruhlanaraq yaranmış, Azərbaycana və Türkiyəyə qarşı açıq nifrət bəsləyən və erməni “irqinə” itaəti ehtiva edən “tseqakronutyun” ideologiyasını davam etdirir.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1245

QHT və MEDİA

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...