SİYASƏT
A- A A+

"Münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərimizi davam etdirəcəyik"

2016-12-02 09:40:20

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiya Federasiyasının dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşüb

Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Siyasi məsləhətləşmələrdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın hazırkı səviyyəsindən, fəal siyasi dialoqun mövcudluğundan məmnunluq ifadə olunub və gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X.Xələfov qeyd edibh ki, iki ölkə arasında münasibətlər dövlət başçılarının müəyyən etdiyi kurs əsasında uğurla davam etdirilir və prezidentlərin şəxsi dostluğuna, qarşılıqlı inam və etimada əsaslanır. O, Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını bildirib və yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli və regional formatda görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qriqori Karasin bildirib ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir və rəsmilər arasında mütəmadi təmaslar gündəlikdə olan məsələlərin həllinə töhfə verir. O, gələn il Moskvada Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd ediləcəyini və bu xüsusda nazir Elmar Məmmədyarovun Rusiyalı həmkarı tərəfindən bu ölkəyə səfərə dəvət edildiyini bildirib. Q.Karasin həmçinin BMT Baş Assambleyasında Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamənin qəbulunda verdiyi dəstəyə və həmmüəllif kimi qoşulmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər Azərbaycan və Rusiya arasında hökumətlərarası komissiyanın işini və hər iki ölkənin parlamenti arasında qurulmuş əməkdaşlığı təqdir ediblər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın fəaliyyəti, habelə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi və mövqelərin uzlaşdırılması istiqamətində məqsədyönlü işin aparılmasının zəruriliyini vurğulayıblar.

X.Xələfov iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar, təhsil, turizm, kənd təsərrüfatı, miqrasiya, ümumilikdə, bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini və Rusiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. O, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın qurulduğunu, terrorizmə qarşı mübarizədə uğurlara imza atıldığını, birgə iqtisadi və nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətinə, Rusiya şirkətlərinin Azərbaycanda neft-qaz layihələrində iştirakına və SOCAR-ın fəaliyyətinə toxunub. X.Xələfov təhsil sahəsində əldə olunan uğurlardan, rus dilinin Azərbaycandakı vəziyyəti, Rusiya universitetlərinin filiallarının ölkəmizdəki səmərəli fəaliyyəti, Bakı Slavyan Universitetinin geniş imkanlarından söz açıb, on minlərlə azərbaycanlı tələbənin Rusiyanın müxtəlif universitetlərində təhsil aldığını qeyd edib.

X.Xələfov iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması üçün gömrük sərhəd-keçid məntəqələrinin texniki imkanlarının artırılmasının vacibliyinə diqqəti çəkib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin işə düşməsindən sonra region ölkələri arasında yükdaşımaların dəfələrlə artacağına inam ifadə edib.

Q.Karasin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsi istiqamətində səylərin davam etdiriləcəyini və münaqişənin həllində təsirli tədbirlərin görülməsi üçün dəstəyin göstəriləcəyini bildirib. O, eyni zamanda regional təhlükəsizlik məsələlərinin yüksək səviyyəli qarşılıqlı etimada əsaslandığını israr edib.

 Bununla yanaşı, regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. (Azadinform)


Kateqoriya : SİYASƏT Baxış sayı : 728

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...