MƏDƏNİ
A- A A+

Vətən oğlu

2016-11-02 11:05:31

Şeir

Qorxmayıb qandan-ölümdən

Sarıldın odlu silaha.
Çıxarmaqçın öz xalqını

İşıqlı, nurlu sabaha.

 

Qartal kimi şığıyıb sən

Yardın düşmənin bağrını.

Sildin odlu sinələrdən                                

Sızıltını, həm ağrını.

 

Hücümunu dəf eylədin

Əhsən! Məhv etdin yağını.  

Külünü göyə sovurdum,                               

Bərbad etdin tifaqını.

 

Sənin şanlı hünərinə,                                 

Qeyrətinə baş əyirik.

“Cəngavərlər, ər- igidlər

Yaşayır, ölməz”- deyirik.  

                                     

                        

               Bakı

              Ərənlərin hünərilə

              Cavanlaşır bizim Bakı!

              Cəlalını seyrə dalıb

              Gülür qəlbim, gözüm Bakı!

 

              Gəlin kimi sığal çəkir

              Hər gün ona quran əllər.

              Zəhmətin bəhrəsin görüb

              Qürur duyur bizim ellər.

 

              Yaraşıqlı göydələnlər

              Sıralanıb qatar-qatar.     

              Sərvi-çinar qamətilə,

              Başı buludlara çatar.

 

              Sayrışan çıl-çıraqlarla

              Bakımıza o nur saçır.

              Yurdumuza gələnlərə

              Sanki doğma qucaq açır.

 

              Buradakı  fəvvarələr

              Elə bil gur  şəlalədir.

              Gilavarı, həm xəzrisi

              Bu şəhərdə divanədir.

 

              Yaşanır səhər-axşamlar,

              Küçələrdə İzdihamlar.

              Yaradan-quran insanlar

              Zövq alırlar gözəllikdən.

 

              Xəzərimin üzü gülür,

              Bakımızı görəndə şən.

              Gül-çiçəyə hey bürünür,

              Ana yurdum özü gülşən. 

 

              Bakım hər gün, hər saatda

              Yeniləşən bir şəhərdir.

              İlhamıyla Mehribanın

              Yazdıqları şah əsərdir.

                      

         Nailə Süleymanlı                 

 

                                  


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 773

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...