CƏMİYYƏT
A- A A+

İƏT Azərbaycan torpaqlarının işğalını pislədi

2016-10-20 09:35:36

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasında

Daşkənd şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul olunub.
 XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qətnamədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal edilməsindən, bu işğalın davam etməsi və Azərbaycan ərazilərinin birtərəfli qaydada fiziki, demoqrafık, iqtisadi, sosial və mədəni xarakterinin, eləcə də institusional strukturu və statusunun Ermənistan Respublikası tərəfindən dəyişdirilməsindən, habelə işğal olunmuş Azərbaycan ərazilərində ictimai və şəxsi mülkiyyətin məhv, talan edilməsi və mənimsənilməsindən, o cümlədən sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, bu sərvətlərdən hazırlanmış məhsulların qanunsuz ticarətindən ciddi və dərin narahatlıq ifadə edilib.
 Qətnamədə işğal olunmuş Azərbaycan ərazilərində mədəni mülkiyyətin itkisi, məhvi, çıxarılması, talan edilməsi, qanunsuz daşınması və mənimsənilməsi vandalizm aktı kimi qeyd olunub. Təşkilata üzv dövlətlər Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların acınacaqlı halından dərin təəssüf hissi keçirdiklərini bildirib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icra edilməsinə riayət olunmasına çağırış ediblər.
 İƏT-ə üzv dövlətlər bir daha Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə ediblər.
 Qətnamədə həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətlər və insanlıq əleyhinə cinayətlərdən, o cümlədən işğal olunmuş ərazilərdə arxeoloji, mədəni və dini abidələrin qarət edilməsi və məhvindən ciddi narahatlıq ifadə olunub. Tələb olunub ki, Ermənistan silahlı qüvvələri BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılsın.
 Sənəddə Ermənistanın təcavüzkar kimi tanınması və təşkilatın nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, lazımı tədbirlərin görülməsi üçün BMT TŞ-ə çağırış edilib. Eləcə də üzv dövlətlərdən xahiş olunub ki, silah və hərbi avadanlığın Ermənistana ötürülməsi üçün öz ərazilərindən tranzit kimi istifadəyə imkan verməsinlər.
 Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, BMT TŞ-nin müvafiq qətnamələri, eləcə də ATƏT-in sənəd və qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğu qeyd olunub.
 Qərara alınıb ki, üzv dövlətlərin BMT-dəki Daimi missiyaları BMT Baş Assambleyasında səsvermələr zamanı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək versinlər.  “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilib və bu irsin Ermənistan tərəfindən dağıdılması kəskin tənqid edilib.
 Bu kimi əməlləri ilə Ermənistanın silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunub.
 Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrinin qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunub.
 Ermənistandan tələb olunub ki, beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.
Daşkənddə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-ci toplantısında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. 

 

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 397

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...