SİYASƏT
A- A A+

“The Huffington Post” nəşrində Azərbaycandakı multikulturalizm mühitinin əhəmiyyətindən bəhs olunub

2016-08-25 10:05:25

Amerikada çıxan “The Huffington Post” nəşrində ABŞ-dakı Simon Vizental mərkəzinin rəhbərinin müavini Abraham Kuperin “Dünyəvi müsəlman cəmiyyətində çoxkonfessiyalı model” adlı məqaləsi dərc olunub

 Müəllif məqaləsində Sovet İttifaqında dini mərasimlərin və dindarlığın qadağan edilməsindən, habelə zorakılıq və terrorizmlə bağlı aktual problemlərdən söhbət açıb.

Ravvin 44 il əvvəl Yom-Kipur bayramı zamanı SSRİ-yə səfəri barədə xatirələrini bölüşərək yazır ki, həmin illərdə sinaqoq, kilsə və məscidlərin çoxu bağlanmış və ya dağıdılmışdı. A.Kuper o vaxt Bakıya səfəri zamanı çoxsaylı yəhudilərlə, o cümlədən nasizmdən xilas olaraq Bakıda sığınacaq tapan Polşa mənşəli yəhudilərlə və əcdadları 2500 il bundan əvvəl Solomon məbədinin dağıldığı dövrdə yaşamış yəhudilərin törəmələri ilə tanış olub.

Ravvin bildirir ki, indi zəmanə dəyişib və 2016-cı ildə din çox vaxt ümid mənbəyi deyil, münaqişənin legitimləşdirilməsi, insanların bir-biri ilə mübarizə aparan qruplara bölünməsi, zorakılıq və terrorizm amili hesab edilir.

O yazır ki, sosial ədalətsizliyin və nifrət hissinin aradan qaldırılması üzrə tərəfdaşlar axtara-axtara yenidən Bakıya – artıq müstəqil Azərbaycanın paytaxtına gedib çıxıb. Əhalisinin əksəriyyəti müsəlmanlar olan bu ölkədə multikulturalizm mühiti yaradılıb və insanlar müxtəlif məbədlərə gedib ibadət edə bilirlər. Müəllif onu da vurğulayır ki, 2016-cı il Azərbaycanda “multikulturalizm ili” elan edilib.

 A.Kuper daha sonra qeyd edir ki, İsrailin çətin günlərində Azərbaycan həmişə onun yanında olub və tarixən təqiblərə məruz qalan yəhudilərə və xristianlara öz ərazisində sığınacaq verib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan İsrailin və ABŞ-ın ən etibarlı dostlarından biridir. Buna görə də ravvinin fikrincə, nifrətin və terrorizmin fonunda şüurlu əməkdaşlıq anlayışı həyati əhəmiyyət kəsb edir. İŞİD tərəfdarlarının etnik təmizləmələr apardığı, orta əsrlər dövrünə xas olan vəhşiliklər törətdiyi regionda dini azlıqları müdafiə edən, onlara hörmət bəsləyən hər bir liderdən öyrənməli məsələlər var.(AZƏRTAC)


Kateqoriya : SİYASƏT Baxış sayı : 929

QHT və MEDİA

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...