TƏDQİQATLAR
A- A A+

Erməni yalanlarını ifşa edən kitablar

2015-04-23 23:25:37

İngilis dilində nəşr olunan kitabların təqdimatında ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov çıxış edib.

Azərbaycan Dillər Universitetində Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Milli Məclisin deputatı Musa Qasımlının “Erməni məsələlərindən erməni soyqırımına: gerçək tarix axtarışında (1724-1920)” adlı kitabların təqdimat mərasimi keçirilib.

İngilis dilində nəşr olunan kitabların təqdimatında ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov çıxış edib.

Vazeh Əsgərov vurğulayıb ki, bu kitablar artıq azərbaycanca təqdim olunub, indi isə ilk dəfə olaraq ADU-nun təşəbbüsü ilə ingilis dilinə tərcümə edilib.

Daha sonra kitabın tərcüməçiləri, BDU-nun İngilis dilinin tərcümə kafedrasının dosenti Fialə Abdullayeva məlumat verib.(azvision.az)

Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Alıyev isə çıxışında bildirib ki, Çanaqqala zəfəri və qondarma soyqırımın 100-cü il dönümü ərəfəsində belə tədbirin keçilməyi önəmlidir: “Bu ərəfədə qondarma soyqırımla bağlı çox səs-küy oldu. Bunun bir neçə səbəbi var. Birinci ona görə belə səs-küy doğurur ki, bu soyqırımın hallanmasını erməniləri özündən çox istəyən qüvvələr var, ikincisi ermənilərin özü bu işdə həqiqətən çox fəaldır. Onlar uydurma soyqırımla bağlı 3 mindən çox kitab çıxarıblar. 37 ölkədə 23 dildə 900-dən çox nəşrə imza atıblar.

Üçüncü səbəb isə bu məsələdə qarşı tərəf passivlik nümayiş etdirir. Çox təəssüf ki, ermənilər təbliğat baxımından qat-qat qabaqda olublar. Kitabların ingilis dilinə tərcümə olunduğu deyiləndə, adətən düşünürlər ki, bu, Avropada yayımlanmaq üçündür. Hesab edirəm ki, bu kitablar Asiyada, müsəlman ölkələrində daha çox yayılmalıdır. Çünki bu kitablardakı faktları Qərb çox gözəl bilir”.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1548

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...