TƏDQİQATLAR
A- A A+

Əcnəbi media Metsamor AES-in yaratdığı təhlükələr barədə yazır

2016-08-04 08:45:27

Misirin “Yaşasın Misir” qəzeti, “Asiyaelyoum” agentliyi, “Elaph” internet qəzeti Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının Qafqaz regionu, habelə bütün dünya üçün təhlükə mənbəyi olması barədə məqalə yayıb

 Məqalədə Metsamor AES-in yaratdığı təhlükələr, son zamanlar nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması ilə bağlı faktlar diqqətə çatdırılır.

Məqalədə müasir dövrdə atom elektrik stansiyalarının beynəlxalq təhlükəsizlik qarşısında duran əsas problemlərdən biri olduğu, nüvə terrorçuluğunun beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhdidlər yaratdığı, nüvə enerjisi məsələsinin daha çox nüvə qəzaları ilə gündəmə gəlməkdə olduğu qeyd edilir.

XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobıl fəlakətinə, 2011-ci il martın 11-də Yaponiyada baş vermiş şiddətli zəlzələ nəticəsində “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən sızmaya toxunularaq, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının dünyadakı ən təhlükəli stansiyalardan biri olduğu diqqətə çatdırılır, onun tarixindən, törətdiyi fəsadlardan, region və dünya üçün ciddi təhlükə olmasından bəhs edilir.

 Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərq ilə Qərb arasında siyasi-iqtisadi baxımdan önəmli dəhlizin təhlükəsizliyi məsələsinin Qərb dövlətlərini də narahat etməli olduğunu bildirən müəllif region dövlətlərindən birində baş verən hər hansı bir fəlakətin bu və ya digər dərəcədə bölgənin digər dövlətlərinə də təsir göstərəcəyini qeyd edir. Digər tərəfdən, Metsamorun köhnə olması, müasir AES-lərdən geridə qalması vurğulanaraq, Ermənistanın 35 yaşlı reaktorunun regionu hansı miqyasda təhlükə ilə üz-üzə qoyduğu təkcə region dövlətlərini deyil, beynəlxalq aləmi də düşündürməli olduğu diqqətə çatdırılır.(AZƏRTAC)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 794

QHT və MEDİA

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...