SİYASƏT
A- A A+

Ermənistanda hakimiyyətə qarşı yeni xalq hərəkatı başlanır

2016-08-03 17:25:04

Ermənistanda başlanan silahlı qiyam hakimiyyətin qeyri-adekvat güc tətbiqi və zorakılığı özündə ehtiva edən siyasəti nəticəsində yatırılsa da, xalqın Serj Sarkisyan iqtidarından narazılığı artan xətt üzrə inkişaf edir

Hesab olunur ki, bir qrup şəxsin silahlı qiyamı yeni xalq hərəkatına təkan verib.

Əslində, bunu təslim olan qiyamçıların özləri də açıq şəkildə bəyan edirlər. Xatırladaq ki, Ermənistan polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub. İnformasiyaya görə, zəbt olunmuş polis alayının ərazisi qiyamçıların təslimindən əvvəl snayperlər tərəfindən atəşə tutulub, pilotsuz uçuş aparatı isə qiyamçıların başına bomba yağdırıb. Bunun ardınca patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.

Qrupun rəhbərlərindən biri olan Varujan Avetisyan qərarlarının səbəbini belə izah edib: "Biz təslim olmaq qərarı verdik. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik". V.Avetisyan onu da bildirib ki, Sarkisyan rejiminə qarşı mübarizəni bundan sonra da davam etdirəcəklər: "Biz mübarizəmizi hərbi əsirlər kimi davam etdirəcəyik. Biz siyasi məhbus yox, hərbi əsirlər adlanacağıq".

Baş verənlərlə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti də bəyanat yayıb. Bəyanatda deyilir: "Zəbt olunmuş polis alayının azad edilməsi üçün iyulun 30-dan 31-dək davam edən antiterror əməliyyatı başa çatıb. Ermənistan güc strukturlarının xüsusi dəstələri özlərinin koordinasiyalı hərəkətləri ilə qiyamçıları məcbur ediblər ki, silahları yerə qoyub, hakimiyyət orqanlarına təslim olsunlar. 20 qiyamçı həbs olunub".

Amma qiyamçıların təslim olmasına baxmayaraq, xalq hərəkatı səngimir. Bu səbəbdən hakimiyyət rəhbərliyinin göstərişi ilə aksiyaların güc yolu ilə dağıdılması davam edir. Bütün ölkə boyu repressiv tədbirlər həyata keçirilir. Bu arada qeyd olunur ki, Ermənistanın müxalif "İrs" partiyasının sədr müavini, keçmiş deputat Armen Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub. Siyasətçinin qardaşı Arşak Martirosyan bildirib ki, Armen hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasındadır. Onu da qeyd edək ki, Armen Martirosyan Yerevan polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyalarının keçirilməsi üçün yaradılmış Əlaqələndirmə Şurasının üzvüdür. Ölkə üzrə isə həbs edilənlərin sayı yüzlərlə ölçülür. Hesab olunur ki, bu həbslər də Ermənistanda yeni xalq hərəkatının qarşısını ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq.

Erməni politoloq Suren Zolyan etiraf edir ki, indi situasiya kökündən dəyişib: "Əgər ötən günlərdə xalqla hakimiyyət arasında hansısa dialoq mümkündüsə, indi bu əsla baş tutan deyil". Onun sözlərinə görə, ölkədə hakimiyyət artıq dəyişib, çünki hakimiyyət polisə və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan prezidenti Serj Sarkisyan legitimliyini itirib. Onsuz da, onun belə legitimliyi də yox idi. İndi o nə xarici siyasəti, nə daxili siyasəti müəyyənləşdirə bilir".

Zolyanın fikrincə, ölkədə hakimiyyətin dəyişdiyinə etiraz aksiyalarına çıxanların şüarları da dəlalət edir: "Onlar "Pavlik! ", "Jirayr!" deyirlər. Yəni inandıqları adamların adlarını çəkirlər. Bu gün Ermənistanda siyasi gündəmi Serj Sarkisyan yox, Jirayr Sefilyan müəyyənləşdirir. Bu gün o erməni cəmiyyəti üçün qəhrəmandır. Bu, faktdır və cəmiyyətlə hakimiyyət arasındakı uçurumu göstərir".

Politoloqun fikrincə, ölkədəki siyasi partiyalar vəziyyətdən sui-istifadə etməyə can atmaq əvəzinə böhrandan çıxış yolunu aramalıdır. Problemin həlli Serj Sarkisyanın mövqeyində yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir. Cəmiyyət isə indiki hakimiyyətin iqtidardan getməsini tələb edir və bu hal Serj Sarkisyan komandasının durumunu daha da ağırlaşdırır.

Digər tərəfdən ölkədə əksər müxalif qüvvələr də patrul alayının binasını tutan silahlı qrupun tərəfinə keçdiyini bəyan edib. Bu da hakimiyyətin mövqelərinin əhali arasında daha sürətlə zəifləməsinə gətirib çıxarıb.

Newtimes.az
Elçin Cəfərov

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 393

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...