MÜSAHİBƏ
A- A A+

Səfər Sadiqi: Qurultayda hər bir azərbaycanlı qarşısında konkret vəzifələr qoyulub

2016-06-28 08:05:05

Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı olan Danimarka “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb

Yüksək səviyyədə təşkil olunan Qurultay çərçivəsində vacib məsələlərin qaldırıldığını deyən Səfər Sadiqi bu tədbiri diasporumuzun inkişafı yolunda aparılan işin məntiqi davamı kimi qiymətləndirib. Diaspor fəalı Qurultayda dünya azərbaycanlılarının ölkəmiz və xalqımız ətrafında daha sıx birləşməsi üçün konkret məsələlərin müzakirə edildiyini, tarixi qərarların qəbul olunduğunu bildirib. O, bu qərarların xaricdə ölkəmizi təmsil edən hər bir azərbaycanlı qarşısında konkret vəzifələr qoyduğunu vurğulayıb. Qurultayın açılışında Prezident İlham Əliyevin söylədiyi nitqin tədbirin hər bir iştirakçısında vətənpərvərlik ruhunun yüksəlməsinə stimul verdiyini və gələcək işlərində fəaliyyət proqramı kimi qəbul olunduğunu deyən “Vətən” Cəmiyyətinin sədri qaldırılan məsələlərin Azərbaycan diasporunun gələcəkdə uğurlar qazanmasına zəmin yaratdığını deyib. O, bildirib: “Dövlətimizin başçısının prinsipial məsələlərə dair qətiyyətli mövqeyi bütün iştirakçılar üçün qürurverici oldu. Azərbaycan Prezidentinin nitqi apardığımız işdə məsuliyyətimizi daha da artırıb”.

Qurultay ərəfəsində Azərbaycan Prezidentinin sərəncamları ilə bir qrup diaspor fəalının təltif edildiyini diqqətə çatdıran S.Sadiqi bunun dövlətimizin başçısının diaspor təşkilatlarına diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıb.

Qurultayda toxunulan məsələlərlə bağlı fikirlərini bölüşən Səfər Sadiqi müasir dövrdə informasiya müharibəsi, diasporumuzun müdafiədən hücuma keçid siyasəti, dövrün reallıqları və yeni fəaliyyət vektorunun müəyyənləşdirilməsi kimi vacib məsələlərin müzakirəsinin düzgün və vaxtında atılan addım olduğunu qeyd edib.

Dünya Azərbaycanlılarının IV Qurultayında Skandinaviya Türk Federasiyasının sədr müavininin də iştirak etdiyini diqqətə çatdıran diaspor fəalı bildirib: “Düşünürəm ki, hər bir xarici ölkədə türkdilli millətlərin birliyi yaradılmalıdır. Biz belə bir birlik yaratmışıq və uğurlu nəticələr əldə etmişik. Bu birlik sayəsində zəmanənin çağırışlarına qarşı gücümüz daha da artır”.

Birliyin fəaliyyətindən danışan Səfər Sadiqi birgə əməkdaşlıq sayəsində ABŞ-dakı erməni diasporunun maliyyə dəstəyi ilə Ermənistanın Danimarkadakı səfirliyi tərəfindən Kopenhagendə uydurma “erməni soyqırımı” ilə bağlı abidə kompleksinin ucaldılması planının qarşısının alındığını diqqətə çatdırıb.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1093

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...